Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ən populyar turizm istiqamətləri: Azərbaycan ilk iyirmilikdə

Tarix: 15-05-2019 10:54     Baxış: 3208 A- / A+
Ən populyar turizm istiqamətləri: Azərbaycan ilk iyirmilikdə


“CrescentRating” təşkilatı “MasterCard” şirkəti ilə birgə illik “Global Muslim Travel İndex” (GMTI) reytinqini tərtib edib.

İndeksdə müsəlman turistlər arasında ən populyar istiqamətlər göstərilib.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ən populyar istiqamətlərin reytinqində 20-ci pillədə göstərilib. Rahatlıq, təmiz ətraf mühit, xidmət və kommunikasiya keyfiyyəti və digər meyarlara görə Azərbaycana indeks üzrə 53 xal verilib .

Populyar İƏT istiqamətləri reytinqində ilk iki yeri müvafiq ardıcıllıqla 78 xalla Malayziya və İndoneziya tutub. Üçüncü yerdə qardaş ölkə Türkiyə göstərilib (75 xal).

Müsəlmanların arasında populyar olan qeyri-İƏT ölkələrinin reytinqinə isə Sinqapur (65 vahid) başçılıq edir. İkinci yerdə Tailand (57 vahid), üçüncü yerdə Birləşmiş Krallıq (53) göstərilib

Məlumat üçün bildirək ki, son bir neçə ildə Azərbaycanda viza sistemi sadələşdirilib. Statistik rəqəmlər də bunu göstərir. Belə ki, rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 700 min turist gəlib.

Onların arasında ərəb ölkələrindən gələnlər çoxluq təşkil edib.

2018-ci ildə isə Azərbaycana turist axını 2017-ci illə müqayisədə 5,7% - 2 milyon 849,6 min nəfərdək artıb. Rusiyadan gələnlərin xüsusi çəkisi 30,9%, Gürcüstandan – 21,4%, Türkiyədən – 10,2%, İrandan – 8,5%, BƏƏ-dən – 3,3% artıb

Proqnozlara görə, Azərbaycana gələn ərəb turistlərin sayında bu il artım olacaq. Buna səbəb Körfəz ölkələrindən Bakıya yeni reyslərin açılmasıdır./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar