Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtçayın yaxınlığında narkotik becərən şəxs tutuldu

Tarix: 14-05-2019 16:19     Baxış: 3180 A- / A+
Sumqayıtçayın yaxınlığında narkotik becərən şəxs tutuldu


Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə Sumqayıtçay ərazisinin yaxınlığında, çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həqiqətən qeyd edilən ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkildiyi öz təsdiqini tapıb. Artıq sonrakı tədbirlər cinayət yoluna qədəm qoyan həmin şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində davam etdirilib. Həmin ərazi nəzarətə götürülüb, narkotərkibli bitkiləri əkərək mütəmadi olaraq ona qulluq göstərənin yaxalanması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat tədbirləri görülüb.

Cari il mayın 13-də ehtimal edilən bir şəxsin günorta vaxtı çətənə kollarına qulluq etməyə, onları sulamağa başı necə qarışıbsa, polis əməkdaşlarının onu elə cinayət başında yaxalanmasının belə fərqində olmayıb, təəccüb və çaşqınlıq içərisində gözdən-könüldən uzaq bir yerdə guya əkdiyi güllərə su verdiyini iddia edib. Çaya yaxın ərazidə çətənə kollarını əkərək onlara həvəslə qulluq göstərən, elə iş başındaca yaxalanaraq 2-ci Polis Bölməsinə gətirilən bu şəxsin Sumqayıt şəhər sakini Z.Cəfərov olduğu müəyyənləşdirilib. İlkin araşdırma zamanı saxlanılan şəxs çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Z.Cəfərov maddi sübut kimi götürülmüş 8 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar