Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ağcabədidə “andiçmə” soyğunçuluğu

Tarix: 12-05-2019 13:02     Baxış: 3144 A- / A+
Ağcabədidə “andiçmə” soyğunçuluğu

“AND IÇMƏYƏ gedənlər bunları mütləq bilməlidir. Ağcabədi rayonunun mərkəzində Ay işığı kafesinə getməyin”.

Bunu öz faysbuk hesabında Atəşgah Sığortanın mütəxəssisi Asim Kazımlı yazıb. Statusda daha sonra yazılır:
Ağcabədidə “andiçmə” soyğunçuluğu

“Dünən “N” saylı hərbi hissədə xidmət edən bacım oğlunun “andiçmə” tədbirinə getmişdik. Tədbir qurtarandan sonra əsgərlə bir az vaxt keçirmək üçün oturmağa yer axtardıq. Valdeynlərin çoxluğundan əksər yerlər dolu idi. Axtara-axtara gedib yuxarıda qeyd etdiyim ünvana çıxdıq; ora da dolu idi. Amma küncdə bir stol tapıb otura bildik. Sifariş etməzdən qabaq kafeni işlədən təkcə stollara görə bizdən 20 manat icarə istədi. Sadə çay isə 3 manat. Dedim: “Vicdanınız olsun, əsgər valdeyinlərinə hörməti belə edirsiz?”

Təsəvvür edin ki, Ağcəbədidə dünən qiymətlər od tutub yanırdı. Elə bil Parisdir. Yalnız andiçmə günündə insan insafsızlığını sözlə ifadə etmək mümkün deyil. Yol polisindən tutmuş, dilənçisinə kimi hamı bu günü gözləyirmiş ki, pambıqla baş kəssinlər. Hərbi hissənin önünə toplaşan dilənçilər də qiymətləri qaldırmışdılar; 20 qəpiyi götürmürdülər.

Tədbir qurtarandan sonra maşına əyləşib yenicə yola düşmüşdük ki, DYP əməkdaşları sərnişindaşıma qaydalarını pozduğuma görə “saxla” işarəsini verdi. Arxada dörd nəfər əyləşmişdi və onlardan biri əsgər idi. Əsgəri əlavə olaraq mindirmişdim.

Yol polisi: “Fərqi yoxdur ki, qanunu pozmusuz, protokol yazılacaq” dedi.

Maşın yeddi yerlikdir, əsgəri bağaja mindirmədim. Çünki “ən böyük əsgər, bizim əsgərdir”. Düşünürdüm ki, siz buradakı insanlara kömək üçün dayanmısız və yolda qalanları aparmağa kömək edəcəksiz. Amma təəssüf ki, belə deyilmiş. Siz də digərləri kimi “andiçməni” özünüzə görə qeyd edirsiz. Kafe sahibləri ən çox qazandığı, dilənçilərin ən çox yığdığı, DYP-nin ən çox yazdığı və qapazladığı, bölgə sahibkarlarının ən çox qazandığı gün kimi qeyd edilən AND İÇMƏ günü..

Fərq isə ondadır ki, ƏSGƏR and içib vətənimizi şərəflə qorumağa başladı.İşbazlar isə and içib onları qoruyanların hesabına ciblərini doldurdular.

“N” saylı hərbi hissədən Ağcəbədi rayonunun mərkəzinə kedən yolun kənarlarında işbazlar tərəfindən yas məclislərində istifadə olunan çadırlar qurulmuşdu. Onlar da oturacaq yerlərini icarəyə verirdilər. Əslində o çadırlar Ağcabədi rayon icra hakimiyyəti tərəfindən qurulub, əsgər ziyarətçilətinin istifadəsinə pulsuz verilməlidir”.

Status müəllifi daha bir problemə diqqət çəkib: “Gedəndə Zərdab yolu getdik. Yol təmir olunduğu üçün hərəkət etmək çox çətin idi. Qayıdanda Beyləqan-Sabirabad yolu qayıtdıq. Yol şüşə kimi idi. Lakin sürət həddi 60 km/saat qoyulmuşdu. DYP əməkdaşları başımıza “pərvanə” kimi dolanırdı. Yəqin ki, Avropa yollarını xatırladan qüsursuz yollarda aşağı sürət həddinin qoyulması kimlərinsə cibini doldurmaq üçündür.
Dövlətimizin ərsəyə gətirdirdiyi rahat yolla 50 km/saat sürəti ilə maşın idarə etmək çox əzablı idi.Yol polisini azdırıb yenicə ötmə əməliyyatına başlamışdım ki, qoçaq DYP əməkdaşlarının toruna düşdüm. Beş maşından birini ötə bildim.

Bu dəfəki yol polisi insaflı çıxdı. “Anlaşa” bildik.(DYP əməkdaşlarına heç vaxt mətbuat işçisi olduğumu demirəm). Onlar da AND İÇMƏYƏ gələnləri axtarırdılar. Deyəndə ki, gələnlərin çoxu o birisi yolla qayıtdılar, onlarında üzündə təssüf hissi aydın sezildi.

Dəyişin cənablar, Dəyişin. Bir dəfə də əsgər kimi vicdanlı olmağa and için. Ağcəbədidəki “Gənclik” restoranının sahibi kimi.. Onun kimi yalnız satdığınızın və xidmətinizin haqqını alın, əlavə heç kimi yükləməyin. Əsgəri və onu ziyarətə gələnləri yükləmək isə sadəcə cinayətdir”.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar