Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Torpaqları ancaq müharibə yolu ilə almalıyıq - Tahir İmanov

Tarix: 10-05-2019 13:21     Baxış: 3191 A- / A+
Torpaqları ancaq müharibə yolu ilə almalıyıq - Tahir İmanov

Mayın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. N.Paşinyan Şuşada ermənilərlə rəqs edərək fotolarını paylaşıb.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan əslən Şuşadan olan Əməkdar artist Tahir İmanov torpaqları ancaq müharibə yolu ilə almalı olduğumuzu bildirib:

“Biz 27 ildir pis vəziyyətdə yaşayırıq. Daxilimizdə sabitlik, sakitlik yoxdur. Nə qədər ki, Şuşasız yaşayırıq həmişə o gərginlikdə olacağıq. Neçə-neçə nəsil Şuşasız getdi bu dünyadan. Götürək elə mənim babam Süleyman Əsgərovu, Şuşa deyə-deyə getdi bu dünyadan. 27 ildir ki, gözləyirik, bundan sonra gözləməyə dəyməz. Mən bir vətəndaş olaraq inanmıram ki, bu məsələ sülh yolu ilə həll olsun. Ola bilsin ki, kimsə razılaşmasın. Bu mənim şəxsi mövqeyimdir. Amma mən tam əminliklə deyə bilərəm ki, bu torpaqları ancaq müharibə yolu ilə almalıyıq. Ermənilər heç vaxt bizə torpaq qaytaran deyil".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar