Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

5 yaşında hamilə qalmışdı. - 80 il keçdi hələ də... -ŞƏKİLLƏR

Tarix: 07-05-2019 06:26     Baxış: 3427 A- / A+
5 yaşında hamilə qalmışdı. - 80 il keçdi hələ də...

1933-cü ildə Perunun Andes kəndində doğulan Lina 5 yaşında uşaq dünyaya gətirərək "dünyanın ən gənc anası" adını almışdı.

Manevr.az metbuat.az-a istinadla bildirir ki, Lina 5 yaşında olarkən anası qızının qarın ağrıları çəkdiyini və qarnının hər gün daha da şişməyə başladığını görüb.
Bir neçə həftə qızını həkimə aparan ana böyük bir şokla qarşılaşıb. Qızının hamilə olduğunu və doğuşa çox az qaldığını öyrənib. Həmin ay kiçik qız əməliyyat olunaraq sağlam bir oğlan uşağı dünyaya gətirib.

Lina oğluna əməliyyatını həyata keçirən Gerado adlı həkimin adını qoyub.

Gerado doğulduqda həkim Linanın 5 yaşında olmasına baxmayaraq yetişkin cinsi orqanlara sahib olduğunu bildirib.

Ailəsi bu şok edici hadisəni mətbuatla paylaşmağı rədd etsə də, anası Linanın 3 yaşında menstruasiya olmağa başladığını deyib. Daha sonra isə polis atanın qızına təcavüz etdiyindən şübhələnərək onu həbs edib

Atasının kim olduğu hələ də bilinməyən Gerardo 10 yaşına qədər Linanın bacısı olduğunu düşünüb. Çox sağlam uşaq olan Gerardo 1979-cu ildə 40 yaşında olarkən bir sümük xəstəliyindən vəfat edib.

Ana Lina isə hazırda 85 yaşındadır və hələ də Peruda yaşayır. Hadisə ilə bağlı keçmiş illərdən bu günə qədər heç bir söz deməyən bu qız 39 yaşında olarkən ikinci uşağını da dünyaya gətirib.

Hər nə qədər 5 yaşlı qızın bu hekayəsi yalan xəbər kimi görünsə də, həmin dövrdəki və bu günki həkimlər rentgen nəticələrinin doğru olduğunu və Linanın həqiqətən də 5 yaşında uşaq dünyaya gətirdiyini təstiq ediblər. Lina hələ də "dünyanın ən gənc anası" ünvanına sahibdir.

5 yaşında hamilə qalmışdı. - 80 il keçdi hələ də...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar