Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimiyyətdən "Meydan TV" ilə bağlı QƏRAR

Tarix: 06-05-2019 13:15     Baxış: 3148 A- / A+
Hakimiyyətdən "Meydan TV" ilə bağlı QƏRAR

Bu gün, mayın 6-sı, dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunublar və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.

Manevr.az “Turan”a istinadən xəbər verir ki, həmin qadağa dörd il ərzində - 2015-ci ildən qüvvədə idi.

“Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, - jurnalist Natiq Cavadlı agentliyə deyib.

Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” üçün materiallar hazırlamış daha ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.

Ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” internet portalı ilə əməkdaşlıq etmiş jurnalistlər qrupu barəsində cinayət işi ilə bağlı tətbiq edilmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar