Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hökumət işığa tətbiq edilən limitin artırılması məsələsinə baxır

Tarix: 05-05-2019 18:48     Baxış: 4224 A- / A+
Hökumət işığa tətbiq edilən limitin artırılması məsələsinə baxır


Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

Manevr.az xəbər verir ki, hökumətdəki mənbədən modern.az-a daxil olan məlumata görə, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir.

Mənbə bildirir ki, hazırda "Azərenerji"ASC-də prezident Baba Rzayev, hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir. Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar