Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident təqaüdü almaq istəyən əlil və veteranların nəzərinə: sənəd qəbulu başladı

Tarix: 01-05-2019 21:25     Baxış: 3223 A- / A+
Prezident təqaüdü almaq istəyən əlil və veteranların nəzərinə: sənəd qəbulu başladı

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Prezidentin təqaüdünün təyin edilməsi üçün onlardan sənəd qəbuluna artıq başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanlarının icrası olaraq, nazirlik tərəfindən aprel ayı üzrə 460 000 nəfər şəxsə sosial müavinət və təqaüdlərin artırılmış məbləğlərdə avtomatlaşdırılmış şəkildə ödənilməsi təmin edilib.

Eyni zamanda, həmin Fərmanlara əsasən, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün həmin vətəndaşlardan artıq sənəd qəbuluna başlanılıb.

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər.

Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir.

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün isə qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.

Həmin təqaüdün I dərəcə əlilliyi olan şəxslərin ərizəsi əsasında müəyyən edilən şəxsə ödənilməsi nəzərdə tutulur. Ərizədən başqa, onlardan digər sənəd tələb olunmayacaq.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün aylıq təqaüd isə həmin uşaqlara görə aylıq sosial müavinət alan şəxslərə (heç bir sənəd tələb edilmədən) təyin olunub veriləcək.

Bu təqaüdlərin hər birinin 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ödənilməsi təmin ediləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar