Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elm dünyasının 100 DAHİSİ SİYAHISINA düşən azərbaycanlı - "Şərqin Eynşteyni" haqda BİLMƏDİKLƏRİNİZ

Tarix: 01-05-2019 09:33     Baxış: 4199 A- / A+
Elm dünyasının 100 DAHİSİ SİYAHISINA düşən azərbaycanlı - "Şərqin Eynşteyni" haqda BİLMƏDİKLƏRİNİZ


"The Telegraph" qəzeti "Creators Synectics" beynəlxalq şirkətinin çağdaş elm, siyasət, incəsənət dünyasının 100 dahisinin siyahısını tərtib edib. Siyahıda amerikalı, ingilis, avropalı alimlərin adları da yer alıb. 50-ci yerdən sonra Rusiyadan cəmi 3 nəfərin adına rast gəlmək olur.

Manevr.az bildirir ki, Tim Berners-Li, Corc Soros, Kventin Tarantino, Bill Qeyts, Məhəmməd Əli kimi dünya şöhrətli şəxsiyyətlərin də adları qeyd olunan siyahının 14-cü sırasında müasir fizika eminin azərbaycanlı dahisi Əli Cavanın adına da rast gəlmək mümkündür.

Əli Cavan kimdir?

Dünya şöhrətli həmvətənimiz qaz (neon gel) lazerinin ixtiraçısıdır. Xatırladaq ki, qaz lazeri olmadan çağdaş telekommunikasiyanı təsəvvür etmək mümkün deyil.

Rabitədəki bütün texnoloji quraşdırmanı, materialların işlənməsini, tibb və digər sahələrdəki informasiyanın saxlanıması, ötürülməsi alimin kvant elektronikası sahəsindəki kəşfi nəticəsində çalışır.

Əli Cavanı "şərqin Eynşteyni", "lazerin atası" adlandırırlar. O, elm sahəsinin ən nüfuzlu "Albert Einstein World Medal of Science" mükafatına layiq görülüb.

Əli Cavan - Amerikanın məşhur fizikidir. 1926-cı ildə Tehranda azərbaycanlı ailəsində doğulub. 1948-ci ildə gələcəyin dahisi ABŞ-a köçür. 6 il sonra Əli fəlsəfə doktoru olur. 38 yaşında isə Massaçusets Texnologiya İnstitutunun professoru şərəfinə layiq görülür.

1959-cu ildə Əli Cavan "Physical Review Letters" jurnalında dərc olunan məqaləsində ilk davamlı qaz lazeri qurmağı təklif edir. Bununla kvant elektronikasında qeyri-xətti spektroskopiya sahəsinin kəşfinə təkan verir.

1960-cı ildə peşəsinin digər biliciləri Bennet və Errotla birgə ilk davamlı qaz lazerini hazırlayırlar.

Əli dəfələrlə müsahibələrində vurğulayır ki, mən necə demişdimsə, elə də oldu.

"1960-cı ilin fevralından etibarən komandamız konstruksiyanın üzərində işləməyə başladı. Dekabr ayında hazır olan lazer gözləntimizi yanıltmadı. İndiki kimi xatırlayıram, saata baxdım. 16:20-ni göstərirdi. Həmin gün güclü qar yağırdı.

Milada qədər ilk davamlı qaz lazerini hazırlayıb bitirmək istəyirdik. Belə də oldu".

13 dekabr 1960-cı il lazer şüasi vasitəsilə ilk telefon əlaqəsinin baş tutduğu tarix kimi düşdü.

Qeyd edək ki, alim uşaqlığından və ailəsindən bəhs edərkən, azərbaycanlı olduğunu dəfələrlə vurğulayıb.

Əli Cavan həmçinin deyir ki, 30-cu illərdə alimlər ilk davamlı lazerin yaradılmasına çox yaxın olublar. Belə ki, atomların işıq dalğalarını yaydığı müəyyən edilib. Əgər Cavan həmin vaxt uşaq olmasaydı, kəşfini də 30 il tez edərdi.

1966-cı ildə Əli Cavan kəsişmə effekti modunun nəzəriyyəsini yaradır. Həmin effekt o vaxtlar sadəcə təxmin idi. 1969-cu ildə isə nəzəriyyə öz təsdiqini tapır, mod qovşağının təsiri müşahidə üçün hazır vəziyyətə gəldi.

Əli Cavan 1970-ci ildə lazer spektroskopiyası çərçivəsində işıq sürətinin dəqiq ölçülməsi ilə məşğul olaraq iki üsul hazırlayır. Birincisi işıq dalğalarının mütləq tezliyinin, ikincisi qeyri-xətti flüoressensiyanın ölçülməsidir.

Bu gün Əli Cavan Massaçusets Universitetinin professoru olmaqla yanaşı, ABŞ Elmlər Akademiyasının və Amerika Elmlər və İncəsənət Akademiyasının, həmçinin Triestsk elmlərin inkişafı fondunun üzvüdür. "Albert Einstein World Medal of Science" mükafatından əlavə Amerika Optik şurasının "Fredric Ives" medalına layiq görülüb.

Dahi azərbaycanlı 2016-cı il 12 sentyabrda Los-Ancelesdə dünyasını dəyişib.

P.S. Ermənilər Müqəddəs Terezanı, İohann Sebastian Baxı və digər böyük şəxsiyyətləri özününküləşdirməyə çalışarkən, Azərbaycanın Əli Cavan kimi haqqında məlumatımız olmayan onlarla dahisi var. Bayağı şou xəbərləri əvəzinə tariximizin belə fəxri simalarını tanıtmaq Azərbaycan naminə atılan ən gözəl addımdır. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar