Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

18 yaşlı oğlanın daşların altında qalmış və çürümüş çılpaq cəsədi tapıldı - ŞOK FAKTLAR

Tarix: 29-04-2019 21:13     Baxış: 3202 A- / A+
18 yaşlı oğlanın daşların altında qalmış və çürümüş çılpaq cəsədi tapıldı

Xəbər verdiyimiz kimi, 18 yaşlı Şamil Bağırov vəhşicəsinə qətlə yetirilib. Şamil Bağırovun ölümü ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

Bu barədə Xəzər Televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində hadisənin bəzi təfərrüatları bəlli olub.

Belə ki, verilişə çıxan ata bildirib ki, oğlu martın 17-si itkin düşüb: "Oğlumun itməsi ilə bağlı məlumatı aprelin 6-da xəbər verdik. Balıq tutmaqdan qayıdan zaman bildim ki, oğlum yoxdur. Polislər gəlib dedi ki, bir gəncin meyiti tapılıb. 16 yaşına kimi oğlum Bakıda oxuyub. Həm də o rayondan daha çox Bakıda olurdu. Çünki onun bacısı və bibisi burada yaşayırdı".

Şamil Bağırovun anası Xatirə Bağırova bildirib ki, Türkiyədə olan zaman onunla əlaqə qura bilməyib: "Çünki onun nömrəsi daha çox bağlı olurdu. Oğlum 1-2 gün evə gəlirdi. Amma çox vaxt evdə olmurdu. Oğlumu pul üstündə öldürüblər. İxtiyar, Əkbər, Məhəmmədəli oğlumun qatilləridir. Oğlumun 180 santimetr boyu var idi. İnanmıram ki, onu 3 nəfər öldürüb. 3 gün oğlum can verib. Üstünə daşlar yığıblar ki, heç kəs bilməsin. Oğlum əsgər gedəcəkdi. Oğlumun cəsədini tapan qadın onu çılpaq halda, daşların altında çürümüş vəziyyətdə tapıb. Oğlumun üstünə taxtalar qoyublar ki, oğlum qaça bilməsin. Şamilin ayaqlarını kəsiblər. Ekspert mənə heç bir rəy vermir ".

Qeyd edək ki, Xatirə Bağırov ilk açıqlamasında iki qız, bir oğlu olduğunu bildirib: "Martın 18-də oğlumun 18 yaşı tamam olacaqdı. Onu əsgər yola salacaqdım. Oğlum mənə dedi ki, bibimgilə, bacımgilə gedirəm. O, hər zaman bibisi və bacısıgilə gedib 10-15 gün qalırdı. Axırıncı dəfə gedəndə oğluma dedim ki, tez gələrsən. O da razılaşdı. Atasının və evdəkilərin telefonu işləmirdi. Dəfələrlə zəng vurduq, cavab verən olmadı. Qızlarıma və baldızıma zəng etdim. Məcbur olduq, polisə getdik. Polisdən zəng gəldi ki, morqda belə bir meyit var, gəlin, baxın. Oğlunuza oxşayır. Atası da dedi ki, ola bilməz. Oğlum Bakıdadır. Həyat yoldaşım oğlumuzu tanımadı. Üzü parçalanmışdı. Çiyni və qolu sındırılıb. Sinəsini və ürəyinə 3-4 bıçaq zərbəsi vurulub. Balamın boynuna şunur salıb üzüblər. Papağından və saçından atası oğlumu tanıyıb. Oğlumu 3 nəfər öldürüb. Amma 1 nəfərin adını veriblər. Sizdən kömək istəyirəm. Mənim balamın boynu kəsilib. Bel sümüyü sındırılıb. Qolları kəsilərək, ürəyindən vurulub. 21 gün meyiti zirzəmidə saxlanılıb. Balamın meyitinin üzərində spirtli içki içilib. Meyiti murdarlanıb. Oğlum heç siqaret belə çəkməyib". sonxeber.az

Manevr.az

18 yaşlı oğlanın daşların altında qalmış və çürümüş çılpaq cəsədi tapıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar