Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsində YENİLİK

Tarix: 24-04-2019 16:35     Baxış: 3225 A- / A+
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsində YENİLİK


Əlilliyin qiymətləndirilməsinə dair gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni meyarlara əsasən, əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək.

Verilən məlumata görə, bu, dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələrinin həmin Agentliyin nəzdindəki “TƏBİB” (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədardır.

Əlilliyin qiymətləndirilməsi üçün yeni göndəriş forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertlərinin və Agentliyin nəzdindəki səhiyyə müəssisələrinin həkimlərinin yeni meyarların tətbiqi ilə bağlı müvafiq biliklərə yiyələnmələri üçün xüsusi təlimlərə cəlb olunması nəzərdə tutulur. Yeni meyarların tələblərinə uyğun olaraq xüsusi proqram təminatı da hazırlanacaq.

Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin və funksionallığın klassifikasiyası” standartları əsasında hazırlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar