Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xanım deputat Elina olayına görə od püskürdü: "Həm müəmmalı, həm dəhşətlidi"

Tarix: 23-04-2019 10:43     Baxış: 3244 A- / A+
Xanım deputat Elina olayına görə od püskürdü: "Həm müəmmalı, həm dəhşətlidi"


"Öncə bir sual ortalığa çıxır - necə olur ki, məktəb direktoru bu vaxta qədər öz səlahiyyətlərini, hüquqlarını bilmir?Eyni zamanda digər müəmmalar da var. Hələ də başa düşə bilmirəm ki, direktor niyə icra başçısının müavinini hadisə yerinə çağırıb".

Manevr.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, əgər məktəbdə o cür hadisə baş veribsə, ilk olaraq təcili yardıma, polisə, daha sonra isə Bakı Təhsil Şöbəsinə məlumat verilməli idi:

"Ümumiyyətlə, icra başçısının müavininin orada olmasının səbəbi hələ də mənə aydın deyil. Niyə o, məktəbə gedib? Niyə direktor aidiyyəti yerlərə deyil, ona müraciət edib? Niyə hər ikisi uşağın xilas olması, yaşaması üçün əllərindən gələni etməyiblər? Onlara çəkiliş lazım idi? Məgər icra başçısının müavini operatordurmu ki, çəkiliş aparır? Uşağın o halında video çəkmək nə dərəcədə insanlığa sığır? Bayramova açıqlamasında bildirib ki, videonu qızın anasına bağışlayıb. Faktiki olaraq uşağın anasına dağ çəkmək üçün belə edib. Halbuki intihar edən uşağa təcili yardım lazım idi. Hətta təcili yardım gəlməsə belə, onu dərhal xəstəxanaya çatdırmalı idilər. Bütün bunların hamısı həm müəmmalı, həm də dəhşətlidir. Şəxsən mənim üçün də maraqlıdır ki, hüquq-mühafizə orqanları sonda hansı nəticəyə gələcək, qərar verəcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar