Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rus bölməsində oxuyub, 700 bal toplayan məzunlar – İndi haradadırlar? - SİYAHI

Tarix: 20-04-2019 23:37     Baxış: 3278 A- / A+
Rus bölməsində oxuyub, 700 bal toplayan məzunlar – İndi haradadırlar?

Son günlərdə sosial şəbəkələrdə rus bölməsində təhsil alan şagirdlər barədə müxtəlif fikirlər səsləndirilir.

Bu fikirlərin bəziləri sözügedən şagirdlərin təhsil səviyyələrinin aşağı olması və rus bölməsi üzrə 700 bal toplayan abituriyentlərə rast gəlinməməsiylə bağlıdır.

Manevr.az azedu.az-a istinadən rus bölməsində təhsil alaraq ali təhsil müəssisələrinə müxtəlif illərdə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən şəxsləri diqqətə çatdırır:

Nərgiz İsmayılbəyli


Nərgiz İsmayılbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə10 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə qəbul olunub. Prezident təqaüdünə layiq görülən Nərgiz 2013-cü ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

2011-ci ildə yay istehsalat-təcrübəsi çərçivəsində İtaliyanın Genuya Universitetinin klinikasında ginekologiya şöbəsində həkim köməkçisi kimi fəaliyyət göstərib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İtaliyanın Roma "La Sapienza" Universitetində (Universita di Roma "La Sapienza") "prenatal diaqnostika və dölün patologiyası" ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda Bakıda Ginekoloq olaraq çalışır.

Şahbaba Məmmədov


Şahbaba Məmmədov 1998-ci il oktyabrın 5-də Rusiyanın Sankt Peterburq şəhərində anadan olub.

"Tərəqqi" texniki-humanitar liseyinin məzunu olan Şahbaba Məmmədov 2016-cı ildə 700 balla Azərbaycan Dövlət İqtisad Universitetinə (indiki UNEC-red.)qəbul olunub.

Şahbaba hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.

Elmir Əhmədov


Elmir Əhmədov 2000-ci ildə Rusiya Federasiyasında anadan olub. 2006-ci ildə Quba şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2017-ci ildə isə Akademik Zərifə Əliyeva adına liseyi fərqlənmə attestatı ilə bitirib.

O, orta məktəbdə müxtəlif illər ərzində Azərbaycan və rus bölmələrində oxuyub.

2017-ci ildə qəbul imtahanlarında maksimum nəticə göstərən Elmir, hazırda Bakı Ali Neft Məktəbində Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi (PAM) ixtisası üzrə təhsil alır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar