Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

ADU-da elmi konfrans: Ziyalılıq təkcə Bakıda yox...

Tarix: 19-04-2019 19:44     Baxış: 2187 A- / A+
ADU-da elmi konfrans: Ziyalılıq təkcə Bakıda yox...


Aprelin 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.

ADU-dan bildirilib ki, konfransda Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Zəngilan rayon 33 nömrəli köçkün tam orta məktəbi, Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi, Ankara Məktəbi məktəb-liseyiBakı Dövlət Universiteti (BDU) nəzdində Gənc İstedadlar liseyi, Bakı “SABİS SUN” Beynəlxalq məktəbi həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası DİN-in Polis Akademiyası, Bakı Dövlət Universiteti və digər məktəb və universitetlərin müəllim-tələbə kollektivi iştirak edib.

ADU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri akademik Kamal Abdulla ulu öndər Heydər Əliyevə həsr olunmasını əlamətdar hal kimi dəyərləndirib:

“Tələbə-şagird konfransı məktəblə universitetin əlaqəsinin möhkəmlənməsi deməkdir, təhsilin bugünkü hüdudları fonunda məktəb, universitet sistemimizdə gedən islahatlarla bağlıdır. Mənə elə gəlir ki, konfransdan əlavə də bizim tələbələrimiz, şagirdlərimiz, müəllimlərimiz bir-biri ilə maraqlı mövzular ətrafında söhbətlər edə biləcəklər. Məqsəd birdir-Azərbaycan məktəbləri ilə əlaqələri gücləndirmək, ziyalılığının təkcə Bakıda yox, eyni zamanda ən ucqar hüdudlarda da yaşadığını göstərmək. Bütün bunlar Azərbaycan Dillər Universitetində baş verirsə, bizim əlaqələrimiz də bura əlavə edilirsə, o zaman konfransın əks-sədası, inanıram ki, çox uzaq yerlərdən gələcəkdir. Bu gün Azərbaycanın köçkün məktəblərində, yenicə azad edilmiş torpaqlarında fəaliyyət göstərən məktəblərində intibah işləri gedir, dirçəliş işləri aparılır. Bu dirçəlişin, bu inkişafın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. İlham Əliyevin fədakar, cəsarətli, qətiyyətli, ləyaqətli siyasəti bu gün Azərbaycanın bütün sahələrini dünyada, regionda təmsil etməklə yanaşı, Azərbaycan təhsilinin də şərəfli yerini göstərir. Prezidentimiz ulu öndərin yolu ilə ləyaqətlə addımladıqca bu gün Azərbaycan universitetləri, məktəbləri dünya miqyasına çıxır, dünya universitetləri, məktəbləri ilə əlaqəsini qurur”.

Konfrans“Azərbaycan təhsil sistemi dünya təhsil məkanında”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcümə və mədəniyyətşünaslığın aktual problemləri”, “Dil və ədəbiyyat”, “Qloballaşan dünyada multikulturalizm modelləri”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda bölmə iclasları ilə davam edib və iclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdləri də məzurələrlə çıxış ediblər.

Konfransın bağlanış mərasimində köçkün məktəblərinin şagirdlərinə sertifikatlar və hədiyyələr təqdim olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar