Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR

Tarix: 18-04-2019 08:39     Baxış: 3217 A- / A+
Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən YENİLİKLƏR


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat qovşağına rayonlara işləyən avtobuslar da yerləşdirilib.

Manevr.az xəbər verir ki, bu barədə trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

P.Məmmədova deyib ki, respublikanın rayon və şəhərlərinə işləyən avtobuslar artıq müvəqqəti dayanacaqlardan yeni Nəqliyyat qovşağına köçürülüb: "Yəni minik avtomobilləri, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilib".

BBAK rəsmisinin sözlərinə görə, aprelin 15-də istifadəyə verilən yeni qovşaqda sakinlərin rahatlığı məqsədilə fərdi avtomobillər üçün parkinq yerləri də ayrılıb ki, bölgələrdən və xaricdən gələn qonaqları rahat qarşılaya bilsinlər.

P.Məmmədova onu da qeyd edib ki, hazırda sözügedən əraziyə giriş ödənişsizdir: "Bildiyiniz kimi, avtomobillərin "Xoş gəlmisiniz" yazılan əsas girişdən avtovağzala daxil olması ödənişlidir. Yeni qovşaq tərəfdən avtovağzala daxil olmaq isə hələlik ödənişsizdir. Ancaq gələcəkdə bu istiqamətdən də giriş ödənişli ola bilər. Tariflər isə hələlik dəqiqləşdirilməyib".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, BBAK-ın yaxın zamanlarda yeni saytı və mobil əlavə istifadəyə veriləcək: "Yeni sayt daha təkmil və funksional olacaq. Android və iOS qurğuları üçün istifadəyə veriləcək mobil əlavə vasitəsilə sərnişinlər bütün əməliyyatları yerinə yetirə biləcəklər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar