Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının sökdürdüyü evlə bağlı məsələ böyüyür - Açıqlama

Tarix: 16-04-2019 04:43     Baxış: 2230 A- / A+
İcra başçısının sökdürdüyü evlə bağlı məsələ böyüyür


Abşeron rayon icra hakimiyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə Saray qəsəbəsində yaşayış evi uçurulub. Ev sahibinin sözlərinə görə, 1999-cu ildən həmin evdə yaşayırlar, bu gün - aprelin 13-də isə ailədə toy olmalıydı.

Tikili uçurularkən gəlinin cehizləri evdəymiş və bir çox əşyalar yararsız hala düşüb. Abşeron rayon icra hakimiyyətindən mətbuata verilən açıqlamada isə evin məhkəmə qərarıyla söküldüyü bildirilib.

Millət vəkili Aqil Abbas sözügedən hadisəyə münasibət bildirərkən Sfera.az-a deyib ki, ölkə başçısının müvafiq sərancamına əsasən bu kimi tikililərə kupça verilməlidir. "Qanuni əsaslarla torpaq sahibisənsə 12 metrdən hündür olmamaq şərtilə həmin ərazidə layihəni icra orqanına təqdim etməklə fərdi ev tikmək olar”.

Aqil Abbas evi sökdürənin yox, tikdirənin yaddaşlarda yaşadığını vurğulayıb. "Bircə onu deyə bilərəm ki, yaddaşlarda tikdirən yaşayır, sökdürən yox. Kiminsə evini sökmək çox ağır məsələdi. Bu kimi halları qınayıram. Evi sökülən vətəndaş evini uçurduran qurumu məhkəməyə verə bilər. Həm də söhbət 20 ilin evindən gedirsə burada kifayət qədər araşdırmalı məqamlar var”. hurriyyet.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar