Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda "quş qripi” təhlükəsi var? - RƏSMİ AÇIQLAMA

Tarix: 13-04-2019 20:43     Baxış: 3157 A- / A+
Azərbaycanda "quş qripi” təhlükəsi var? - RƏSMİ AÇIQLAMA

Bu günlərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində yüksək patogenli “quş qripi” xəstəliyinin H5N8 tipinin qeydə alındığı bildirilib. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların baytarlıq idarələrinə ayrı-ayrı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan ev və sənaye quşlarından müayinə üçün nümunələrin götürülməsinə və baytarlıq baxışının keçirilməsinə dair göstəriş verib.

Dövlət Xidmətindən verilən məlumata görə, verilən göstərişə uyğun olaraq baytarlıq mütəxəssisləri tərəfindən Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Lənkəran və İmişli rayonlarının İran İslam Respublikası ilə sərhəd kəndlərində saxlanılan təsərrüfatlardan 263 baş ev quşunun qan nümunəsi götürülüb. Quşlardan götürülən qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün göndərilib.

Baytarlıq baxışı keçirilən ərazilərin təsərrüfatlarında isə xəstə və xəstəlikdən tələf olan ev quşlarına təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, artıq laboratoriyada “quş qripi”nə görə götürülən nümunələrin müayinəsi başa çatıb və onların heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.

Dövlət Baytarlıq Xidməti aparılan müayinələrin nəticələrinə və keçirilən baytarlıq baxışlarına əsasən bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.publika.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar