Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İcra Hakimiyyətinin başçısı vəd verdi ki, park, yaşıllıq salınacaq, amma evlər, obyektlər tikildi…” - “Bu işlərə icra başçısının qardaşı başçılıq etdi” -ŞƏKİLLƏR

Tarix: 10-04-2019 22:08     Baxış: 2229 A- / A+
“İcra Hakimiyyətinin başçısı vəd verdi ki, park, yaşıllıq salınacaq, amma evlər, obyektlər tikildi…”
Abşeron rayonunda 2 il əvvəl yerində park, yaşıllıq salınacağı vədi ilə sökülən qarajların yerində fərdi yaşayış evləri tikilib.

Sakinlərin verdikləri məlumata görə, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşiblər və şikayətlərini dayandırıblar.

Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa, fərdi evlər və obyektlər tikməyə başlayıblar.

Bu işlərə isə, bir başqası yox, elə icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib, bu zaman isə xeyli sayda ağac məhv olunub.

Sakinlərə məxsus qarajların yerində tikilən ev və obyektlərdən bir neçəsinin fotosunu təqdim edirik: /azpolitika.info/

Manevr.az

“İcra Hakimiyyətinin başçısı vəd verdi ki, park, yaşıllıq salınacaq, amma evlər, obyektlər tikildi…”
“İcra Hakimiyyətinin başçısı vəd verdi ki, park, yaşıllıq salınacaq, amma evlər, obyektlər tikildi…”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar