Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Tələbənin təqaüdünü öz məvacibimdən verəcəyəm” –İlham Tumasdan örnək addım

Tarix: 09-04-2019 18:52     Baxış: 3256 A- / A+
“Tələbənin təqaüdünü öz məvacibimdən verəcəyəm” –İlham Tumasdan örnək addım

Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas Azərbaycan Dillər Universitetinin yaxşı oxuyan və maddi ehtiyacı olan bir tələbəsinə hər ay 100 manat məbləğində fərdi təqaüd verəcək.
Təqaüd 1992-ci ildə Marquşevan uğrunda gedən döyüşlərdə şəhid olmuş İsayev Nazim Alim oğlunun adına olacaq.

Manevr.az məsələ ilə bağlı jurnalistin fikirlərini öyrənib.O, bu qərarın artıq qəbul olunduğunu deyib:

“Tələbəni Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaq Komitəsi keçirdiyi müzakirədə seçəcək.Elə bu ideyanın yaranmasında da, ADU-nun Həmkarlar Komitəsinin rəhbəri Şahin Sərdarlının böyük rolu olub.

Təqaüd bu aydan etibarən, mütəmadi şəkildəhər ay tələbəyə veriləcək.Mən bu pulu öz aldığım məvacibdən ödəyəcəm.

Təqaüd mənimlə Qarabağda bir döyüşmüş dostum İsayev Nazimin adını daşıyacaq.Dünyasını dəyişərkən o Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin I kursunda oxuyurdu.

Şəhidlərimizin çoxu xatırlanır, amma, eləsi olur ki, müəyyən qədər yaddan çıxır və unudulur.Məndə bir dost olaraq Nazimibelə bir xeyirxah məsələdə anmaq istədim.

Elçin Əlibəyli də bu aksiyaya qoşulub.O, Mədəniyyət və İncəsənət Universitetindən bir tələbəyə təqaüd verəcək.

Belə məsələləri ictimailəşdirmək yaxşı deyil. Lakin bu yaxşı nümunədirsə, o zaman geniş kütləyə çatdırmaq lazımdır ki, insanlar bundan örnək almalıdırlar.

Bəzi insanlar düşünür ki, dövlətimiz özü təqaüd verir, lakin, mən bu fikirlərazılaşmıram.Biz də yaxşılığımızdanqalmamalıyuıq.Bu da dövlətə köməklik edir.Kimin imkanı varsa, kim stabil maaş alırsa, onlar öz imkanları daxilində əl tutsalar, çox yaxşı olar.

Mən hazırda İctimai televiziyada çalışıram və stabil maaş alıram və bu maaşdan bir hissəni tələbənin təhsili üçün ödəyəcəyəm.

Hazırda bu bir tələbə üçün nəzərdə tutulub.Ümid edirəm, gələcəkdə bu məsələ daha da genişlənər və bir çox insanlar bu aksiyaya dəstək verərlər.

Elmin İnkişafına Dəstək Fondu təhsilimizin inkişafı üçün əlindən gələni edir, lakin, adi vətəndaşlarda öz yardım əlini uzatmalıdırlar”.

Qeyd edək ki İlham Tumas müxtəlif mətbu orqanlarda - "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyliyi", "Xural", "Ekspress" qəzetlərində çalışıb.2008-ci ilin martından 2008-in noyabrına qədər "24 Saat" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Müxtəlif televiziyalarda sənədli filmlər müəllifidir.azedu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar