Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz” abonentləri aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı - ŞƏKİL

Tarix: 09-04-2019 14:31     Baxış: 4245 A- / A+
“Azəriqaz” abonentləri aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı - ŞƏKİL



"Azəriqaz" İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb.


Birlikdən verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi" kimi məsələləri bildirərək həmin "problemlərin" aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir.

Eləcə də, inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər. Bununla bağlı istehlakçıların nəzərinə çatdırılır ki, Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir. Həmçinin öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq, qırmızı rəngli akt abonentə təqdim edilir. Sonda bir daha bildirilir ki, sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.

“Azəriqaz” abonentləri aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı - ŞƏKİL
“Azəriqaz” abonentləri aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı - ŞƏKİL
“Azəriqaz” abonentləri aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar