Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Çin alimlərinin bu araşdırması SİZİ ŞOKA SALACAQ - Bir damlası belə zəhər imiş

Tarix: 06-04-2019 19:17     Baxış: 4193 A- / A+
Çin alimlərinin bu araşdırması SİZİ ŞOKA SALACAQ - Bir damlası belə zəhər imiş



Az və ya orta ölçülü spirtli içki iflic riskini artırır.


Çində 10 il ərzində 500 mindən çox sakinin etdikləri idman və qəbul etdikləri içkinin miqdarı ilə sağlamlıq göstəriciləri araşdırılıb.

Çin və İngilis alimlərinin apardıqları araşdırma zamanı gündə 1-2 qədəh spirtli içkinin iflic riskini 10-15 faiz, 4 qədəhdən çox qəbul etməyin isə 35 faiz artırdığı bildirilib.

Oxford universitetinin professoru Riçard Petonun sözlərinə görə, artıq şərab və piyvənin qorucuyu təsirləri barədə iddiaları elmi cəhətdən əhəmiyyətsizdir.

Kebric universitetindən doktor Stefan Burges bildirib ki, çox və uzun müddətli spirtli içki qəbulunun insan sağlamlığına zərərli olduğu bəlli idi. Lakin araşdırmaya görə, az içki qəbul etmək ürək üçün faydalı deyil, əksinə iflic riskini artırır. Mütəxəssislər spirtli içki qəbuluna məhdudiyyətin qoyulmasını gündəmə gətirib.

Keçən il yayımlanan Xəstəliklərin Qlobal Yükü araşdırmasında spirtli içkinin sağlamlığa zərər vermədən qəbul etməyin etibarlı bir ölçüsünün olmadığı bildirilmişdi. 195 ölkədə spirtli içki qəbulu və xəstəliklər arasında əlaqə ilə bağlı aparılan araşdırmada az miqdarda və mütəmadi spirtli içki qəbul edənlərin orqan çatışmazlığı, xərçəng kimi xəstəliklərə yoluxmasının heç qəbul etməyənlərlə müqayisədə artdığı müəyyən edilib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar