Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bazardakı qiymət artımı maaş və pensiyaların artırılması ilə bağlıdır? - Deputatdan AÇIQLAMA

Tarix: 06-04-2019 13:53     Baxış: 3226 A- / A+
Bazardakı qiymət artımı maaş və pensiyaların artırılması ilə bağlıdır?

Maaş və pensiyaların məbləğinin artırılması ilə soğan, kələm və kartofun qiymətinin artımı arasında heç bir əlaqə yoxdur.
Manevr.az bildirir ki, bunu yeniavaz.com-a Milli Məclisin deputatı Azər Badamov bazarda sözügedən məhsulların qiymətinin artmasının maaş və pensiyaların məbləğinin artması ilə əlaqəsinin olmasına dair fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə istehsal olunan soğan, kələm və kartof məhsulları tələbatı tam ödəmirdi: "Bu məhsullar bəzi ölkələrdən Azərbaycana idxal olunurdu. İdxal olunan ölkələrdə həmin məhsulların qiyməti artıb. İrandan ölkəmizə soğan və kartof gətirilirdi. Həmin ölkələrdə məhsulların qiyməti artıb və bununla əlaqədar ölkəmizə idxal azalıb. İdxal azaldığına və daxili bazarda kifayət qədər məhsul istehsal edilmədiyinə görə qiymətlərdə tələb və təklifə uyğun şəkildə müəyyən dəyişikliklər ola bilər".

A. Badamov vəziyyətdən çıxış yolu kimi iqtisadi tənzimləmə mexanizmi qurulmasının vacibliyinə diqqət çəkib: "İqtisadiyyat Nazirliyi soğanı idxal rüsumundan azad etmək istəyir, soğan, kələm və kartofun ixrac rüsumunu isə artırıb. Bu proseslər payız aylarında əksinə tətbiq olunmalıdır. Çünki ölkədə istehsalı artırmaq üçün fermerlər stimullaşdırılmalıdır. Bu stimullaşdırma da fermerin məhsul istehsal etdiyi dövrdə idxal olunacaq kələm, kartof və soğana xüsusi rüsumların tətbiq edilməsi ilə özünü göstərməlidir. Bu addım atılmalıdır ki, daxili bazara öz təsirini göstərməsin və o, genişlənsin, istehsal prosesi daha da artsın, ölkədə tələbatı daxili istehsal ödəsin".

Millət vəkili xatırladıb ki, bundan bir neçə il əvvəl isə Azərbaycanda kifayət qədər soğan istehsal olunurdu və xaricdən də idxal oldunduğundan qiymət çox aşağıydı: "Bu səbəbdən yerli istehsalçılar soğan istehsalını azaltmağa məcbur oldular, çünki rentabellik olmur. Heç bir fermer rentabelliyi olmayan məhsulu istehsal etmək istəməz. Yerli istehsalı qorumaq lazımdır ki, idxal yerli istehsalı üstələməsin, yerli istehsalın qiymətinə təsir göstərməsin və daxili bazarda belə anlarda qıtlıq yaranmasın. Ona görə də, birinci növbədə stimullaşdırıcı tədbirlər həyata keçirmək vacibdir, çünki ölkədə indidən əkin işlərinə start verilir, yazın başlanğıcıdır. Hazırda bazardakı qiymətlər fermerləri daha da stimallaşdıracaq ki, il boyu kifayət qədər soğan, kələm və kartof yetişdirsinlər. 3-4 aydan sonra qiymətlər yenidən aşağı düşəcək və normal, münasib səviyyəyə çatacaq".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar