Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - ŞƏKİL

Tarix: 05-04-2019 23:28     Baxış: 3357 A- / A+
Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - ŞƏKİL

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rayonunda e.ə. IV minilliyin birinci yarısına aid yaşayış məskənində aşkarladığı uşaq skeletlərinin arxeometrik təhlili zamanı Azərbaycan ərazisində məskunlaşmış erkən əkinçi əhalinin həyat tərzi barədə maraqlı fikirlər ortaya çıxıb.
İnstitutdan milli.az-a verilən məlumata görə, Qəbələ rayonunda 2012-ci ildən etibarən aparılmış arxeoloji tədqiqatlar zamanı e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində saxsı qablarda uşaq qəbirləri aşkar olunub. Saxsı qablarda körpə uşaq dəfnləri son xalkolit (eneolit/mis-daş) dövrü Leylatəpə mədəniyyəti üçün xarakterik dəfn adəti idi və institutun direktor müavini Nəcəf Müseyibli bu mədəniyyətin Ağstafa rayonunda qazdığı digər abidələrində (Böyük Kəsik, Poylu) də belə qəbirlər aşkar etmişdi.

Cənubi Qafqazda erkən əkinçi mədəniyyətlər üzrə ixtisaslaşan mütəxəssislərin unikal tapıntı hesab etdiyi Qalayeri məskənindəki saxsı qablardakı dəfnlərdən aşkar edilmiş uşaq skeletlərinin 3-nün (4-5 aylıqdan 4-5 yaş həddinədək) arxeometrik analizlərinin nəticələrinə əsasən, 5800-6000 il bundan öncə vəfat etmiş uşaqlarda ciddi "C" və "D" avitaminozu və onunla bağlı patologiyalar aşkar edilib. Vitamin qıtlığı özünü sümüklərdə yaş həddinə uyğun olmayan inkişafdan geriqalmada daha qabarıq göstərib.

Sümüklərin kimyəvi və izotop tərkibi ilə Qalayeri abidəsinin xalkolit dövrünə aid torpaq təbəqəsinin eyni göstəricilərinin müqayisəsi maraqlı nəticələr verib. Belə ki, körpələrin sümüklərinin kimyəvi və izotop göstəriciləri Qalayeri məskəninin torpaq strukturunun göstəriciləri ilə uyğun gəlmir. Mövcud fikrə görə, ən azından hamiləlik dövründə yeniyetmə analar mənsub olduqları tayfa ilə birgə Qalayeri abidəsi ərazisinə köçdən əvvəl digər bölgədə yaşayıblar.
Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - ŞƏKİL

Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - ŞƏKİL

Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - ŞƏKİL

Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - ŞƏKİL



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar