Xəbər lenti
Dünyanın 100 ən varlı adamının sərvəti rekord məbləğə çatdı

Dünyada sosial balans pozulmaqda davam edir. Planetin ən zəngin adamları daha da varlanır.
Dünyanın ən varlı 10 adamı sərvətini təkcə son bir ildə 106,5 milyard artırıb. İndi onların 790,4 milyard dolları var.
Dünyanın ən varlı 100 adamının sərvəti isə 3 trilyon dollara yaxınlaşır. Belə rekord heç vaxt olmamışdı. Dəqiq rəqəm yazaq: 2 trilyon 794 milyard dollar.
Planetin ən zəngin adamlarının "100-lüy”ünə daxil olmaq üçün 13 milyard dollarınız olmalıdır. Əvvəllər daha aşağı rəqəmdən söhbət gedə bilərdi.
Siyahıya Ceff Bezos 150 milyard dollarla başçılıq edir. "Amazon” şirkətinin rəhbəri həm də son bir ildə ən çox gəlir əldə edən adamdır. Bezos 365 gündə var-dövlətini 25,3 milyard dollar artırıb.
Varlıların siyahısında sonrakı yerləri Bill Qeyts (102,0), Bernar Arno (89,3), Uorren Baffett (83,9), Mark Zukkerberq (68,3), Amansio Orteqa (67,5), Larri Peyc (58,6), Larri Ellison (58,0), Sergey Brin (57,0), Karlos Slim (55,8) tutur./Bizimyol.info
Manevr.az
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
İdman
Şou-biznes
Yazarlar
Elxan SALAHOV
Məğrur Bədəlsoy
İlqar İlkin
Elxan SALAHOV
Nazilə Gültac
Zümrüd Baloğlanova
Xalid KAZIMLI
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar