Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR

Tarix: 02-04-2019 19:48     Baxış: 3444 A- / A+
Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Manevr.az-ın verdiyi məlumata görə, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Kəlbəcər rayonundan olan ziyalılar, Qarabağ müharibəsi veteranları, ictimai fəallar, həmçinin Aprel qazilərindən bir qrupu iştirak edib.

Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kəlbəcərin təcavüzkar Ermənistan tərəfindən işğalına imkan yaradan hərbi-siyasi səbəblər haqqında danışıb, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin naşı və səriştəsiz idarəçiliyi nəticəsində ölkədə bütün sahələrdə dərin böhran yarandığını qeyd edib.
Hətta belə bir vəziyyətdə yerli vətənpərvərlərin öz doğma yurdlarını qəhrəmanlıqla müdafiə etmələrinə baxmayaraq, xaricdən dəstək alan ermənilər rayonu uzunmüddətli döyüşlərdən sonra rayon ərazisini işğal edə biliblər. Kəlbəcərdə erməni vəhşiliyinin tarixçəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban və Çayqovuşan kəndlərinə qəfil hücumla başlayıb. Burada əhaliyə amansız divan tutulub, onlar işgəncələrə məruz qalıb. Ermənistan silahlı dəstələri 1993-cü il martın 27-də geniş miqyaslı hücuma keçərək aprelin 2-də rayonu tamamilə işğal ediblər. Başlıbel kəndinin 62 sakini isə işğaldan sonra üç aydan artıq müddətdə mühasirədə qalaraq dağlara sığınıblar. Onlardan yalnız 30 nəfəri sağ qalıb.

Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək Təhlükəsizlik Şurasının digər 3 qətnaməsi kimi, bu qətnamə də yerinə yetirilməyib.

Kəlbəcərin 60 min nəfər əhalisi hazırda respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb. Onlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası nəticəsində kəlbəcərli didərginlərin də mənzil-məişət şəraiti, maddi vəziyyəti yaxşılaşdırılır. Anım tədbirində çıxış edən kəlbəcərli ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərlərinə minnətdarlıq bildiriblər.

Azərbaycan Ordusunun Aprel zəfərinin 3-cü ildönümünə təsadüf edən anım tədbirinin iştirakçısı olan qazilər isə silahdaşları ilə birgə bu zəfərin qazanılmasında göstərdikləri şücaətlərdən söz açaraq deyiblər ki, Ali Baş Komandanın əmrini gözləyən qəhrəman əsgər və zabitlərimizin torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdırlar.

Sonda Kəlbəcərə həsr olunmuş film nümayiş etdirilib.

Manevr.az

Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR

Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR
Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR
Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR
Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR
Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR
Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR
Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar