Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Banklar şəhid ailələrinin kreditini siləcək

Tarix: 02-04-2019 14:33     Baxış: 3195 A- / A+
Banklar şəhid ailələrinin kreditini siləcək


Azərbaycanda fəaliyyət göstərən banklar Aprel döyüşlərinin 3-cü ildönümü münasibətilə ciddi addım atıblar. Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclasının yekununda qərara alınıb.

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.

İclasda vurğulanıb ki, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə köklü sosial-iqtisadi islahatlar aparılır. Bu sənədlərin biri də “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” prezident Fərmanıdır.

Fərmanda göstərilən əsas məsələlərlə bərabər 6.3-cü maddəsində banklara fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək tövsiyə edilib. Bu tövsiyələrin icrası məqsədi ilə bank icması da öz növbəsində görülməli olan ilkin dəstəkləyici tədbirlər müəyyən etməkdədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar