Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Karvan”da malları yanan sahibkarlar da prezidentə müraciət etdi

Tarix: 31-03-2019 11:26     Baxış: 3202 A- / A+
“Karvan”da malları yanan sahibkarlar da prezidentə müraciət etdi

Bir neçə il əvvəl Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğın zamanı zərərçəkən II qrup əlil Füzuli Quliyev ölkə prezidentinə müraciət edib.

O öz müraciətində bildirib ki, bu barədə 6 il ərzində müraciət etmədiyi qurum,məsul şəxs qalmasa da, problem öz həllini tapmır. O, yazır: “2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zamanı bizə-Sumqayıt sakinlərinə- Şirəli Əsgərova 170 min, Füzuli Quliyevə 55 min(ümumilikdə 225 min manat) zərər dəyib və zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Ancaq buna baxmayaraq “Karvan”ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri indiyəcən də min bir bəhanə ödəmək istəmir”.

Prezidentə üz tutan sahibkar bildirib ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da səyyar görüşdə söz verdi ki, ziyanz ödəniləcək, amma sonradan deyib ki, heç nə edə bilməz, problemi həll etməyə gücü çatmır: “Mallarımız yananacan biz ticarətlə məşğul olub dolanışığımız təmin edirdik. Lakin yanğın nəticəsində bizə dəyən ziyandan sonra maddi durumumuz hədsiz dərəcədə pisləşib, banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik və hal-hazırda acınacaqlı vəziyyətdəyik.

Sizin martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız çox humanist addımdır. Bu qərarınızla siz sübut etdiniz ki, dövlət bütün hallarda vətəndaşın yanındadır, prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız, laqeyd qalmırsınız. Amma nə səbəbdənsə illərdir etdiyimiz minlərlə müraciətlərə indiyəcən müsbət reaksiya verilməyib.

Biz də istərdik ki, siz “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi bizim ailələri də sevindirəsiz və bizə dəyən ziyanın ödənilməsi üçün tədbir görülməsinə göstəriş verəsiniz! Bizə dəyən ziyan özü də rəsmən məhkəmə tərəfindən tanınıb və ziyanın miqdarı “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq dəqiq müəyyən edilib, ziyanın kimin ödəməli olması da məlumdur - bu “Karvan” ticarət mərkəzinin rəhbərliyidir. Hansı ki, bizim malların təhlükəsizliyinə cavabdeh idi. Bununla bağlı o zaman cinayət işi də açılmışdı. Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki, hüquqlarımız təmin olunsun, bizə dəyən ziyan ödənilsin! Maddi, mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaş kimi sizdən bu məsələni öz nəzarətinizə götürmətinizi xahiş edirik!”.Yeni sabah


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar