Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanovun həbsxana həyatı: "Yanına gələn oğlunun başına çubuqla vururdu"

Tarix: 22-03-2019 17:34     Baxış: 4208 A- / A+
Əli İnsanovun həbsxana həyatı: "Yanına gələn oğlunun başına çubuqla vururdu"


"Əli İnsanov rüşvətxor olub. Onun vaxtında pulsuz tibbi müayinəni heç kim ləğv etməmişdi, lakin xəstəxanaya pulsuz getmək mənasız idi”.
Bu barədə hüquq müdafiəçisi Eldar Zeynalov media.az-a açıqlamasında deyib. O bildirib ki, əksər hallarda insanlara pulsuz heç bir yardım göstərilmirdi: "Qadınlar evdə uşaq dünyaya gətirməyə məcbur olurdular. Və burada söhbət bakılı qadınlardan gedir, kənd qadınlarından yox”.

E.Zeynalovun sözlərinə görə, həmin vaxt bunu görən səhiyyə naziri qanunvericiliyə dəyişikliklər barədə ideya verib. Dəyişikliklərə əsasən, doğum evində kənarda doğulan uşaqlara sənəd verilmir. Bununla da, evdə uşaq dünyaya gətirən qadınlar, məcburən doğum evlərinə rüşvət verirdilər ki, doğum haqqında şəhadətnamə alsınlar. Hüquq-mühafizəçisi bildirib ki, Əli İnsanov həbsxanada olan zaman oğlunu döyüb.

"Bu barədə həbsxananın nəzarətçiləri danışıblar. Onlar bildiriblər ki, oğlu 10 dəqiqə gecikəndə Əli İnsanov onun başına çubuqla vururdu”. Onun sözlərinə görə, Əli İnsanov ftiziatordur. O keçmişdə vərəm xəstəsi olub. "Onun vərəm haqqında bir kitabı var. Lakin məhz onun fəaliyyəti zamanı vərəm məhbusların 1 nömrəli ölüm səbəbi idi”, – deyə o qeyd edib.

E.Zeynalov qeyd edib ki, Sovet dövründə xəstəxanaların dolu olmasına baxmayaraq, Ə.İnsanovun vaxtında tibb mərkəzləri boş olub. "Qiymətlər o qədər yüksək idi ki, əhali bu məbləği ödəyə bilmirdi. İnsanlar məhkəmələr şikayət edirdilər. Və onlar təkcə adi vətəndaşlar deyirdilər, sabiq nazirin yaxın adamları da şikayət edirdilər, lakin onunla heç kim əlaqə saxlamırdı”, – deyə o bildirib.
Hüquq müdafiəçisi qeyd edib ki, Ə.İnsanov xəstəxanalara yalnız öz adamlarını işə götürürdü. "Sabiq nazir Avropa sisteminə keçmək üçün guya islahatlar keçirirdi. Lakin binaların dövlətə məxsus olduğu üçün, o bu binaları özəlləşdirirdi və satırdı. Nəticədə öz payını aldı. Məhkəmə zamanı məlum oldu ki, o, bu işləri öz adı ilə yox, kənar şəxslərin adı ilə həyata keçirirdi. Ə.İnsanov 2,5 milyard dollar almışdı. Qeyd edim ki, həmin vaxt Türkiyənin ən zəngin insanının sərvəti 2 milyard dollara yaxın idi”, – deyə o vurğulayıb.

Zeynalov izah edib ki, Ə.İnsanov eyni zamanda siyası nüfuzlu şəxs idi: "2005-ci ildə onu dövlət çevrilişində ittihamı həbs etdilər. Elə həmin vaxt Fərhad Əliyev və bütöv bir komanda həbs olundu”. Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub.

2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub. Martın 16-da Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar