Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya şokda: Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" - 7 ölkədən müraciət

Tarix: 15-03-2019 14:45     Baxış: 3145 A- / A+
Dünya şokda: Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" - 7 ölkədən müraciət


Bir qrup elm adamı və ictimai xadim bütün dünyada körpələrin genlərinin dəyişdirilməsini nəzərdə tutan tədqiqatlara bir müddət yasaq qoyulması ilə bağlı çağırış edib.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, "Nature" jurnalında dərc olunmuş, 7 ölkədən 18 tədqiqatçının imzaladığı müraciətdə geni dəyişdirilmiş uşaqların dünyaya gətirilməsinin elmi və əxlaqi baxımdan mübahisəli olduğu vurğulanıb.

Müraciətdə bu tip fəaliyyətin azı 5 il qadağan olunması təklif edilir. Bu istiqamətdə diskussiyalar yalnız bitdikdən sonra dünyaya geni dəyişidirilmiş uşaq gətirməyə icazə verilib-verilməməsi qərarlaşdırıla bilər.

Hazırda 30 ölkədə genləri dəyişdirilən uşaqların doğuluşu qadağan olunub.

Bu problem Çinin Guangdong əyaltinin Şıncın şəhərində Hi Cienkui adlı alimin 7 əkizin embrionunun DNT-sində genetik dəyişiklik aparmasından sonra gündəmə gəlib.

Alim bu barədə ötən ilin noyabrında bir toplantıda məlumat verib və artıq ilk əkizlərin dünyaya gəldiyini söyləyib.

O, AİDS infeksiyası daşıyıcısı olan valideynlərdən alınmış spermaların laborator şəraitdə virusdan təmziləndiyini və mayalandırdığını bildirib. Alim işin uğurla başa çatdığını deyib.

Hi Cienkuinin sözlərinə görə, insan genetikası ilə bağlı belə fəaliyyətin qadağan oldunduğundan xəbərdardır və bu işə könüllü girişib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar