Sizin Reklam Burada
Xəbər lenti
24 mart
23 mart
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtomobillərin qiyməti kəskin bahalaşdı

Tarix: 14-03-2019 21:06     Baxış: 336 A- / A+
Bakıda avtomobillərin qiyməti kəskin bahalaşdı



Bakının avtomobil bazarında orta qiymət 13,27% bahalaşıb və 48,12 min manat təşkil edib.

"MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, bu ilin fevral ayında paytaxtın avtomobil bazarında 1,738 min avtomobil satışa çıxarılıb.

"Yanvar ayı ilə müqayisədə, avtomobil bazarında təkliflər portfeli 1,94% artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 78,83%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 21,17%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 72,32%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 27,68% təşkil edib”, - deyə N.İbrahimov bildirib.

Onun sözlərinə görə, fevral ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 145,839 min kilometr (azalma 3,17%) olub. Avtomobillərin orta yaşı 10 il olub ki, bu da cari ilin yanvar ayının göstəricisi ilə müqayisədə, 0,02% çoxdur.

Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,11% təşkil edib:

"Eyni zamanda, yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 6,08%, beş ildən 10 ilədək olan avtomobillərdə 3,85%, 10 ildən 15 ilədək olan avtomobillərdə 2,82%, 15 ildən 20 ilədək olan avtomobillərdə 1,43%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 0,74% təşkil edib”.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar