Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 2 milyona yaxın adam müayinədən keçdi - Bu xəstəliklər aşkarlandı

Tarix: 14-03-2019 17:40     Baxış: 3206 A- / A+
Azərbaycanda 2 milyona yaxın adam müayinədən keçdi - Bu xəstəliklər aşkarlandı


Səhiyyə müəssisələrində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 12-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur.

Verilən məlumata görə, 12.02.2019-cu il tarixindən - 12.03.2019-cu il tarixinədək ölkə üzrə ümumilikdə 1947274 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib. Bunlardan 926744-ü kişi, 1020530-u qadındır.

Müayinələr zamanı ümumilikdə 2932 nəfərdə infeksiyon, 879 nəfərdə yenitörəmələr, 5075 nəfərdə qanyaradıcı xəstəliklər, 5026 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb.

Bundan əlavə, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.

Aşkarlanmaların nəticəsi olaraq 19810 nəfər dispanser qeydiyyata götürülüb. 36092 nəfər sağlamlaşdırılıb, 7389 hospitalizə olunub, 623503 nəfər isə əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar