Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınları zorla fahişəliyə cəlb etdi, biri intihara əl atdı – Şamaxıda şok olay

Tarix: 14-03-2019 13:07     Baxış: 3233 A- / A+
Qadınları zorla fahişəliyə cəlb etdi, biri intihara əl atdı – Şamaxıda şok olay


Şamaxı rayonunda qadınları fahişəliyə cəlb etməkdə və digər cinayətlərdə ittiham olunan Elnarə Əzizova həbs edilib.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Elnarə Əzizova başqasına məxsus mülkdə qanunsuz olaraq əxlaqsızlıq yuvası təşkil edib. O, həmin evdə qadınları fahişəliyə cəlb edib. Fahişəlik etməkdən boyun qaçıranları soyuq silahla hədələyib. Elnarə Əzizovanın bu qanunsuz əməlindən təngə gələn bir qadın intihar edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elnarə Əzizova həbs edilib.

İstintaq orqanı tərəfindən Elnarə Əzizovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Şamaxı rayon Məhkəməsinə təqdimat göndərilib. Hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Elnarə Əzizovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət işi üzrə ibtidai istintaq davam edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar