Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Çernobıl əlillərinə ŞAD XƏBƏR - Təqaüdləri artırılır

Tarix: 12-03-2019 17:38     Baxış: 3185 A- / A+
Çernobıl əlillərinə ŞAD XƏBƏR - Təqaüdləri artırılır


Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların da sosial müavinət və təqaüdlərinin ciddi şəkildə artırılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncama uyğun olaraq, sosial müavinətin məbləği onlardan I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan - 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır. Eyni zamanda, həmin insanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi 50 manat təqaüd təsis olunur.

Beləliklə, sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən vəsait I qrup müharibə əlilləri üçün 60 faiz artırılmaqla 283 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar I qrup əlilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır.

Qeyd olunan kateqoriyalardan olan II qrup əlilliyi olanların sosial müavinəti 81 manatdan 130 manata, həmin şəxslər üçün Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait 239 manatdan 360 manata çatdırılır.

III qrup əlilliyə görə sosial müavinətin məbləği müharibə əlilləri üçün 73 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 61 manatdan 110 manata, Prezidentin aylıq təqaüdü 121 manatdan 210 manata, onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır.

Qeyd olunan artımlar cari il aprelin 1-dən tətbiq olunacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar