Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan gerbinin müəllifi Şervaşidze kimdir?

Tarix: 11-03-2019 19:14     Baxış: 3265 A- / A+
Azərbaycan gerbinin müəllifi Şervaşidze kimdir?


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən abxaz knyazları nəslindən olan rəssam, dizayner Aleksandr Şervaşidze haqqında məqalə yaradılıb.

MEK-dən kult.az-a bildirilib ki, Aleksandr Şervaşidze Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsinin müəllifidir. Bu barədə məqalədə maraqlı faktlar yer alıb.

Bildirilir ki, “Azərbaycan” qəzetinin 1919-cu il 14 noyabr tarixli buraxılışında dövlət gerbi və himn haqqında məlumat dərc olunub. Xalq Maarif Nazirliyi Cümhuriyyətin dövlət gerbi və himninin işlənib hazırlanmasına dair mülahizələrini hökumətə təqdim edib. Mülahizələrdə qeyd edilib ki, himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim olunmalıdır. Nazirlik dövlət gerbi layihəsinin hazırlanmasını Bakıda olan və öz əsərləri, xüsusilə də Şərq memarlığı, heykəltəraşlığı və rəssamlığına dair bilgiləri ilə məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunmasını təklif edib. Hökumətin 1920-ci il 30 yanvar tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də himn mətninin layihələrinin hazırlanması haqqında fevralın 19-da “Azərbaycan” qəzetində müsabiqə elan edib. Qalib gəlmiş layihələrin AXC istiqlalının ikinci ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi. Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi nəticəsində bu baş tutmayıb.

Həmin tarixi hadisədən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” qərar qəbul edib. Qərara əsasən, dövlət gerbinin yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat müəyyənləşdirilib. O dövrdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olunub. 1993-cü ilin əvvəllərində Milli Məclisdə həmin layihələr, o cümlədən A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edilib və məhz onun layihəsi rəssam-dizayner Rafiq Məmmədovun müəyyən düzəlişləri və təkmilləşdirməsindən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiqlənib.

Daha ətraflı linkdən oxuya bilərsiniz.

Qeyd edək ki, məqalə yaradılarkən Milli Arxiv İdarəsinin saytında yerləşdirilmiş “Azərbaycan gerbinin hazırlanmasında knyaz izi və ya Aleksandr Şervaşidze kim idi?” materialından istifadə olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar