Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Bank qadın sahibkarları mükafatlandırdı

Tarix: 11-03-2019 16:21     Baxış: 3228 A- / A+
Beynəlxalq Bank qadın sahibkarları mükafatlandırdı

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində ölkəmizdəki qadın sahibkarların forumu keçirilib.

Manevr.az xəbər verir ki, müxtəlif dövlət qurumlarından, ictimai təşkilatlardan nümayəndələrin iştirak etdiyi toplantıda Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub.

Forumda Assosiasiyanın reallaşdırdığı “Cümhuriyyətdə 100 qadın” Korporativ Sosial Məsuliyyət layihəsində fəal iştirakına görə 14 qadın sahibkara Azərbaycan Beynəlxalq Bankının mükafatları təqdim olunub.

Forumda qeyd edilib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafında qadın sahibkarların rolu çox önəmlidir. Sahibkarlıq sahəsində onların fəallığının artırılması qadınların məşğulluğunun, iqtisadi müstəqilliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Qadınların öz biznes layihələrini uğurla reallaşdıra bilmələri üçün maliyyə vəsaitlərinin onlar üçün əlçatanlığının vacibliyi xüsusi vurğulanıb.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, hazırda bankın korporativ müştəriləri arasında xeyli sayda qadın sahibkar var. Onların sayının getdikcə artması çox sevindiricidir:

“Azərbaycan Beynəlxalq Bankı olaraq biz kiçik və orta sahibkarlıq subyektlərinə onlar üçün çox sərfəli şərtlərlə fəal maliyyə dəstəyi veririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər bir qadın sahibkar da bankın ayırdığı maliyyə vəsaitlərindən istifadə edərək öz potensialını reallaşdıra bilər. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində yaxın gələcəkdə sırf qadın sahibkarlar üçün maraqlı layihələrimiz olacaq. Çalışacağıq ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan hər bir xanım sahibkar faydalana bilsin”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar