Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Atama görə ərimə xəyanət etdim" - ŞOK ETİRAF

Tarix: 12-08-2016 17:09     Baxış: 4619 A- / A+

"Atama görə ərimə xəyanət etdim"


Salam . Mən sizə acı, həyatımı paylaşmaq istəyirəm. Amma məni qınamayın...


Bir ata necə belə bir şey edər deməyin. Bəli, atama görə ərimə xəyanət etmişəm. Əgər atam sevdiyim insanla evlənməyimə icazə versəydi bunların heç biri olmazdı. Yazıq Rauf (ad şərtidir) da mənə başıaşağı olmayacaqdı. Orxan ilə mən orta məktəb illərində tanış olmuşduq. Məktəbimizə dağlarla ətraflı gözəl rayonumuzdan gəlmişdi. Atası sistem işçisi idi və tez-tez yerlərini dəyişdikləri üçün onlar da şəhərləri, rayonları gəzirdilər. Atasının siyasi düşüncələri onları belə bir çətin həyata itələmişdi. Onsuz da onun düşüncələrinə görə atam da evlənməyimizə icazə vermirdi.


Məktəbi qurtarınca Orxanın ailəsi mənə elçi gəlmişdi. Atam aləmi qatdı bir birinə. "Mənim sizə veriləcək qızım yoxdur" deyirdi . Etiraz etsəm da qəbul etmədi. Hələ üstəlik bir də şillə yemişdim. Tələm-tələsik məhlədə saf uşaq kimi tanınan Raufla nişanladılar. Arxasından da toy etdilər. Nə edəcəyimi bilmirdim. Toy gecəsi Raufa aybaşı olduğumu və o gecə birlikdə ola bilməyəcəyimizi dedim. Bir ay ərzində Raufu bəhanələrlə fırlatmağa nail olmuşdum. Yazıq, o qədər saf idi ki "Xəstəsənsə həkimə gedək, dərman filan alım" deyə ətrafımda pərvanə olmuşdu. Orxanla gizli-gizli görüşürdüm. Artıq nə qədər yola verə bilərdim ki? Çətin idi çox. Başa düşəcək deyə qorxurdum. Orxan bütün planları etmişdi. Gəncəyə qaçacaqdıq. Çünki Raufla heç vaxt evli qala bilməzdim. Əslində, ərimə də çox üzülürdüm, vicdan əzabi çəkirdim ki, yazığın nə günahı var ki, onu belə incidim.. Atamın inadkarlığı ucbatından bir insanı ürəyi sınıq, başıaşağı buraxmaq məcburiyyətində qalacaqdım. Mənə bu günə qədər heç bir pisliyi dəyməmiş, üstəlik hər zaman qoruyardı məni. Böyük bir vicdan əzabı ilə qarşı-qarşıya olsam da başqa yolum yox idi. Gömgöy gözlü Orxanımı dəlilər kimi sevirdim. Ondan heç vaxt imtina etməzdim. Bu, həyatımın sonu demək idi. Bir seçim etdim və xoşbəxtliyi seçdim. Orxan məni məhlənin tinində gözləyəcəkdi. Mən də Raufu yatırdıqdan sonra çamadanımı götürüb yola çıxacaqdım.


3 aylıq hamiləydim


...O gecə saat 12 radələrində evdən çıxdım. Orxan da burada idi. Qaça-qaça yanına gedib möhkəm qucaqladım. Artıq aramızda heç biri mane qalmamışdı. Taksi də hazır idi. Onsuz da 3 aylıq hamilə idim. Bir an əvvəl həyatımızı qurmalıyıq, övladımıza da gözəl bir yuva hazırlamağımız lazım idi. Raufa bütün olanlarla bağlı bir məktub yazmışdım. Atamın məni onunla zorla evləndirdiyini, əslində isə Orxanı sevdiyimi və ondan hamilə olduğumu dedim. Qısacası, halallıq istədim. İnşallah, məni bağışlamışdir. Nəticədə ona mən yox, atam xəyanət etdi.


Hazırda üçüncü körpəmə hamiləyəm. Orxanla da çox xoşbəxtik. Məncə, insan ürəyinin səsini dinləməlidir. Bəzən düşünəndə Raufa yaxşı ki, xəyanət etmişəm deyirəm. Bir tərəfdən də onun nə günahı vardı deyə də vicdan əzabı çəkirəm. Yeganə ümidim məni bağışlamış olmasıdır. İnşallah bağışlayar. (publika)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar