Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Aktyorları özbaşına buraxmaq olmaz" -Hacı İsmayılov

Tarix: 10-03-2019 18:28     Baxış: 3151 A- / A+
"Aktyorları  özbaşına buraxmaq olmaz"

Teatr insanı sağaldır.

Bunu tanınmış aktyor, Xalq artisti Hacı İsmayılov deyib.

O, qeyd edib ki, teatr səhnəsi insana hər şeyi unutdurur:

“Teatr elədir ki, hər gün işə, çəkilişə gəlməlisən.

Bəzən hər bir insan kimi sənin də səhhətində nasazlıq, digər şəxsi problemlərin, qayğıların olur. Amma səhnəyə çıxandan, tamaşa başa çatandan sonra hər şeyi unudursan.

Sanki o problemlərlə gələn sən deyildin. Teatr, səhnə bütün ağrıları, problemləri sənə unutdurur. Teatr elə bir məbədgahdır ki, insanı sağaldır”.

Xal artisti eyni zamanda, aktyorların müəyyən qədər çərçivədə olmasını məqsədəuyğun saydığını bildirib.

“Aktyorları yaxşı mənada özbaşına buraxmaq olmaz.

Yəni, hər şey təkcə aktyorun öz şəxsi arzusu və ifası ilə həll olunmur. Ona yön verənlər var: rejisssor, ssenarist, tamaşaçılar və sair.

Məhz bunlar olanda sən əsl aktyor olursan. Onu da deyim ki, aktyorların ifa etdiyi obrazlar nəticə etibarı ilə onun xarakterinə təsir edir.

Həm yaxşı, həm müsbət, həm də mənfi obraz aktyora təsirsiz ötüşmür. Aktyor müəyyən mənada oynadığı obrazları sonra öz xarakterində yaşadır, daşıyır.

Belə məqamlar da var”-deyə, Xalq artisti sözlərinə əlavə edib.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar