Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Aviabilet qiymətləri niyə göylə gedir? – VİDEO

Tarix: 07-03-2019 17:54     Baxış: 3265 A- / A+
Aviabilet qiymətləri niyə göylə gedir? – VİDEO

Biznes və ekonom klass biletlərin qiyməti arasında böyük fərq bu mənzərəni ortaya çıxarıb. Klassa görə qiymət fərqi bütün dünyada var. Amma eyni təyyarədə kəskin qiymət fərqli ilə bilet satışı yolverilməzdir.
ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Müzəffər Ağakərimov - ATA-nın rəsmisi: “Ekonom klasa bileti gərək bir neçə ay öncə alasan, onu dəyişmək də olmur. Həm də baqaj problemi var. Bu kimi fərqlər var və bu fərqlər qiymətlərə təsir edir”.

Səbuhi İsazadə - PR üzrə mütəxəssis: “Təbii ki, qiymət araşdırmasına baxanda, görəcək ki, onun ölkəsindən 3-cü ölkəyə getmək burdan sərfəlidir. Çox yaxşı olar ki, islahatların fonunda dünya meyarlarına görə, qiymət müəyyən edilsin”.

Onlayn aviabilet satışı saytlarına nəzər yetirmək kifayətdir ki, qonşu ölkələrlə aviabilet qiymətində fərqləri görə bilək. Biletlər hətta 20-25 faiz daha ucuz qiymətə təklif olunur. Ekspertlər bunu rəqabət mühiti ilə əlaqələndirirlər.

Vüqar Bayramov - İqtisadçı-Ekspert: “Bazarda rəqabət mühitinin yaradılmasına ehtiyac var. Bir istiqamətə bir deyil bir neçə aviareys açılanda bu qiymətlərə də təsir edər. Şirkətlər arasında rəqamət güclənsə, qiymətlər də enər”.

Bilet qiymətlərinə turizm maraqlarının nəzərə alınması da təsir göstərməlidir. Dünya praktikasında hətta biletlərin dəyərin ucuz satılması halları da var. Buna adətən koorporativ müqavilələrlə satış zamanı və ya uçuşa az qalmış satılmayan biletlərin çox qaldığı hallarda gedilir.

Vüqar Bayramov - İqtisadçı-Ekspert: “ABŞ-da uçuşa az qalmış təklif olunur ki, 50 dollar artıq ver, ekonom klass yerine biznesdə uç. Bir çoxu üçün də bu münasibdir”.

“Azərbaycan Hava yolları”ndan isə bildirilir ki, qiymətlər dünya standartı ilə tənzimlənir. AZAL-ın VIP və Business xidmət sinifləri ən yüksək tarifə malikdir. Bu siniflərin xidmət paketinə təyyarədə ən rahat yerlərlə yanaşı, digər siniflərdə olmayan bir sıra əlavə xidmətlər də daxildir ki, bu da qiymətlərə təsir edir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar