Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirliyin 4 regional idarə rəisi işdən çıxarıldı

Tarix: 07-03-2019 16:26     Baxış: 3188 A- / A+
Nazirliyin 4 regional idarə rəisi işdən çıxarıldı

"Əfsuslar olsun ki, imtahanla işə təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam edə bilmədik"

Manevr.az
xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Nazir müavini bildirib ki, bu səbəbdən Şəki, Masallı, Şamaxı və Lənkəranda regional idarə rəisləri işdən çıxarılıb.

"Biz onların qarşısına məqsəd qoymuşduq ki, meşələrin qorunması əsas vacib olmalıdır. Hələ də bu barədə bizim çətinliyimiz var. Vandalizm halları baş veri. Bu, təkcə nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına bir əli silahlı adam qoysun. Hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik".

F.Əliyev qeyd edib ki, Oğuz rayonunun Calud və Buxa kəndinlərində kömür basdırma geniş yayılıb. "Orada yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar. Qəbələ rayonunun Həmzəli kəndində meşə qırmaqla məşğul olan adamlar var. Biz onları cərimə etsək də, əməlindən əl çəkmirlər.
Araşdırma aparmışam ki, Calud kəndində 55 markalı nömrəsiz maşınlar var ki, onlar ağac kəsmə ilə məşğul olurlar.
Qəbələdə Avrıq, Masallıda Yelağac kəndlərində qanunsuz şəkildə ağacdan istifadə edib, kömürbasdırma ilə məşğul olurlar.Qubadan da bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz şəxs etimadı doğrultmadı. Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisini uzaqlaşdırmışıq. Cinayət tərkibi varsa, hüquq mühafizə orqanlarına məlumat vermişik".azvision.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar