Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan uzunömürlüləri “Ginnesin Rekordlar Kitabı”na niyə salınmır?

Tarix: 07-03-2019 08:16     Baxış: 3318 A- / A+
Azərbaycan uzunömürlüləri “Ginnesin Rekordlar Kitabı”na niyə salınmır?

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkəmizdəki uzunömürlülərin “Ginnesin Rekordlar Kitabı”na salınmamasının səbəbini açıqlayıb.

Manevr.az xəbər verir ki, bu barədə Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə danışıb.

O deyib ki, 2015-ci ildə Tokioda yaşayan 117 yaşlı Misao Okavanın ölümündən sonra dünyanın ən yaşlı sakini 1899-cu il təvəllüdlü afro-amerikalı xanım Cons olub və o, 2016-cı ildə vəfat edib:

“15 aprel 2017-ci ilə qədər dünyanın ən yaşlı sakini İtaliyadan olan 117 yaşlı Emma Morano olub. Hazırda isə dünyanın “Ginnesin Rekordlar Kitabı”na düşən ən yaşlı sakin 112 yaşlı yapon Masadzo Nonakadır. Azərbaycanda yaşı verifikasiya olunan uzunömürlülər arasında bu yaşa çatmış sakin olmadığından hələ ki “Ginnesin Rekordlar Kitabı”na düşə biləcək uzunömürlümüz yoxdur”.

U.Həşimova qeyd edib ki, “Ginnesin Rekordlar Kitabı”na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər:

“Hələ keçmiş sovet dönəmindən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb. Lerik sakinləri olan Şirəli Müslümov, Mahmud Eyvazovun adları demək olar ki, dünyada məşhur idi. Təəssüf ki, onların yaşı verifikasiya edilmədiyindən adları bu kitaba daxil edilməyib”.

İnstitut direktoru əlavə edib ki, Azərbaycanda yaş verifikasiyası aparılmış uzunömürlülər içərisində ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib. Hazırda ölkəmizin ən yaşlı sakini 103 yaşlı Lənkəran rayon Sütəmurdov kənd sakini Mirzadə Cabbarova sayılır.“qafqazinfo”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar