Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Dövlət əlini çəksə, tariflər dəfələrlə qalxar..." - Nazir

Tarix: 06-03-2019 16:15     Baxış: 3218 A- / A+
"Dövlət əlini çəksə, tariflər dəfələrlə qalxar..."

"Kim və necə qiymətləndirir ki, Azərbaycanda məhkəmələr hansı dərəcədə müstəqildir. Biz inanırıq ki, Azərbaycanda məhkəmə müstəqilliyi var".

Bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadçı-ekspert Samir Əliyevin Azərbaycanda məhkəmələrin müstəqil olmaması ilə bağlı iddialarına cavab verərkən deyib.

Onun sözlərinə görə, məhkəmə sahəsində olan çatışmazlıqlar mütəmadi olaraq aradan qaldırılır: "Azərbaycan hökuməti Dünya Bankı ilə elektron məhkəmə sahəsində uğurlu layihə həyata keçirir. Layihənin uğurlu olmasını Dünya Bankı da dəfələrlə təsdiqləyib.

Amma düşünək ki, anqlo-sakson hüquq sistemində yaranmış 1 000 illik təcrübə 10 il ərzində Azərbaycanda olacaq, əlbəttə ki, bu, real deyil. Bu, mərhələlərlə olacaq bir işdir və çox uzun bir prosesdir. Ümumiyyətlə məhkəmə sahəsində aparılan islahatların nəticələri heç də 1-3 ilə meydana çıxan deyil”.

Nazir S.Əliyevin dövlət kommunal sektordan çəkilməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Biz də sizinlə razıyıq ki, ideal vəziyyətdə dövlət tənzimləyici funksiyaları həyata keçirir. Lakin Azərbaycanda bu, heç də asan deyil. Bu gün təkcə məişət tullantılarının idarə edilməsindən dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar. Bunun sosial təsirlərini qiymətləndirə bilərsinizmi? Yəni tarifləri 15 dəfə qaldırmalıyıq.

Yaxud su təchizatı sistemindən dövlət geri çəkilsə, tariflər dəfələrlə qalxmalıdır. Biz Dünya Bankı ilə məişət tullantılarının idarə olunması ilə bağlı 15 illik proqram hazırladıq. Çünki tədricən dövlət bu sektordan çəkilməlidir. Bir poliqonun tikintisinə 40 mln ABŞ dolları, onun saxlanmasına isə 10 mln. dollar xərc lazımdır. O xərcləri çıxarmaq üçün Avropadakı kimi gərək bir ailənin aylıq ancaq məişət tullantıları xərci 30-50 avroya çatsın. Bu gün Azərbaycan ailəsini o qədər yükləmək olmaz”.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar