Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şeyxin çoxarvadlılıqla bağlı açıqlaması qalmaqal yaratdı

Tarix: 05-03-2019 10:39     Baxış: 3245 A- / A+
Şeyxin çoxarvadlılıqla bağlı açıqlaması qalmaqal yaratdı


Şərqşünas Samid Bağırov: “Onun yeni reformist çıxışları ilə belə gündəmə gəlməsi Misirdə Məhəmməd Mursinin devrilməsindən sonra başlayıb”

Misirin, həmçinin Əl-Əzhər Universitetinin ali imamı şeyx Əhməd ət-Tayyib ölkədə qalmaqal yaradacaq açıqlama ilə gündəmə düşüb. “Associated Press” agentliyinin məlumatına görə, imam çoxnikahlılığın qadınlara münasibətdə ədalətsizlik olduğunu söyləyib. O, nikahın poliqamik olmasının məcburiliyini iddia edənlərin ciddi şəkildə yanıldığını bildirib.

“Əgər ədalət təmin oluna bilinməsə, bir kişinin bir qadından başqası ilə nikaha girməsi qadağandır”,
- deyə agentlik imamın sözlərindən sitat gətirib.

Əhməd ət-Tayyib çoxnikahlılığın “Quranın kifayət qədər düzgün anlaşılmaması səbəbindən irəli gəldiyini və peyğəmbərin ənənələri ilə bağlı olduğunu” qeyd edib. Ali imamın televiziya ilə səslənən gözlənilməz bəyanı sosial şəbəkələrdə qızğın debatlara səbəb olub. Onların içində ölkədə çoxnikahlığı qadağan etməyə çağıranlar da olub.

Buna görə də İslam dininin tədris edildiyi ən böyük təhsil ocaqlarından biri hesab olunan Əl-Əzhər Universiteti imamın heç də çoxnikahlılığı qadağan etməyə çağırmadığını izah etməyə məcbur qalıb.

Qeyd edək ki, çoxarvadlılıq mövzusu hazırda dünyada, xüsusən də müsəlman dünyasında ən çox mübahisə doğuran məsələlərdən biridir. Ənənəvi İslam mətnlərinə və eləcə də üləmanın şərhinə əsasən Quranda kişilərə eyni vaxtda 4 qadınla nikaha girmək hüququ verilib. Bu hüquqdan bir sıra ölkələrdə, o cümlədən ərəb ölkələrində geniş istifadə olunur. Ancaq eyni zamanda müasir İslam araşdırmaçılarına görə Quran bu məsələdə şərtlərlə çıxış edir. Yəni bir neçə qadınla ailə qurmaq bir mənada istisna və ya xüsusi şərtlərə bağlıdır. Çünki sözügedən ayədə, yəni Quran-Kərimin Nisa surəsinin 3-cü ayəsində kişilərə 4-ə qədər qadınla ailə qurmaq icazəsi verilən ayədə sonrakı cümlədə şərt qeyd olunur.

Mövzunun məhz Misirdə gündəmə gəlməsi özü də maraqlıdır. Çünki bir qədər əvvəl Misirdə gənclər qadınların başlıq pullarının çox olmasına etiraz olaraq etiraz kampaniyası başladıblar. Əhməd ət-Tayyibin açıqlamasının məhz bu ərəfəyə təsadüf etməsi xüsusilə maraqlıdır.

Mövzu ilə bağlı açıqlama verən şərqşünas Samid Bağırov düşünür ki, Əhməd ət-Tayyibin açıqlaması dini mövzudan daha çox siyasi çalarlı hadisədir. Söhbət ideoloji İslam cərəyanları arasındakı rəqabətdən gedir: “İlk növbədə qeyd etmək lazımdır ki, əl-Əzhərin hazırkı şeyxi Əhməd ət-Tayyib ərəb dünyasında reformist islamçılardan hesab edilir. Ümumiyyətlə, Əhməd ət-Tayyib kimi reformist din alimlərinin fikirlərində ənənəvi İslamla uzlaşmayan məqamların olması təbiidir. Misir illərdir ərəb dünyasında (əhli-sünnə) İslam düşüncəsinin formalaşdığı bir məkan kimi təsir bağışlayıb. Ona görə bu və digər məsələdə əl-Əzhər şeyxinin fikri xüsusi önəm kəsb edir. Maraqlı budur ki, hazırda ərəb dünyasında ənənəvi İslamı təmsil edən və reformistlərlə tam şəkildə razılaşmayan və hazırda ”İxvan əl-Muslimin" hərəkatının mənəvi lideri hesab edilən Yusif əl-Qərdavi də misirlidir. Əl-Qərdavi hazırda Misir də digər ərəb dövlətlərində İslamın ənənəvi kursunun davam etdirəni kimi tanındığı kimi Əhməd Tayyib də son dövrlərdə islamçıları təqib edən dövlətlərin İslam modelinin aparıcı fiquru kimi meydana çıxıb. Əhməd Tayyibin əl-Əzhər şeyxi olması ərəb baharından öncəyə təsadüf edir. Lakin onun yeni reformist çıxışları ilə belə gündəmə gəlməsi Misirdə Məhəmməd Mursinin devrilməsindən sonra başlayıb. Misirdə onlarla “İxvan əl-Müslimin” liderinin edamı haqda verilən qərarlar da elə əl-Əzhər şeyxinin imzasından sonra həyata keçirilməlidir".

S.Bağırov deyir ki, son illərdə varlı ərəb dövlətləri arasında ənənəvilikdən qaçan, ölkədə xristian, yəhudi və buddist məbədlərin tikilişini təmin edən Birləşmiş Ərəb Əmirliyi bu zəmində əl-Əzhərin şeyxinə maddi və mənəvi dəstəklər verən əsas tərəflərdən biridir: “BƏƏ ilə yanaşı mövcud Misir hakimiyyətinin, Səudiyyə Ərəbistanının yeni islamçılıqla bağlı təbliğat kompaniyalarının əsas tərkib hissəsində də əl-Əzhər və onun rəhbərliyi yer alır. İslamda çoxarvadlılıqla bağlı əl-Əzhər şeyxindən ənənəviliyə zidd olan fikirlərin eşidilməsi də bu fonda baş verə bilər və gözləniləndir. Lakin Əhməd Təyyibin çoxarvadlılıqla bağlı son çıxışı, görünür, daha çox kontekstindən çıxarılmış təbliğat məqsədli bir olaydır. Quranda buyurulduğu kimi müsəlman eyni zamanda iki, üç, ya dörd qadınla evlənə bilər. Lakin Quran-Kərim özü bunun baş tutması üçün şərt irəli sürür və yalnız ədalətə riayət ediləcəyi təqdirdə onu icazəli bilir. Əl-Əzhər şeyxi də bu şərtin olmayacağı təqdirdə çoxarvadlılığın günah olduğunu dilə gətirir. Əhməd Təyyibin bu fikri misirliləri niyə qıcıqlandırıb?! Əsas buna görə yox ki, o çoxarvadlılığa ziddir. Bəlkə Misir mediasında və ictimaiyyətində bu məsələ ilə bağlı qıcıq ondan irəli gəlir ki, ölkədə əhali yoxsulluq içindədir və gənclər imkansızlığa görə bir dəfə olsun belə evlənə bilmirlər. Və belə olan halda çoxarvadlılığın düzgün olmaması fikri əslində ictimaiyyəti cari aktual məsələlərdən yayındırmaq məqsədi daşıyır”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar