Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər - VİDEO

Tarix: 04-03-2019 22:32     Baxış: 3205 A- / A+
Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər

Avtomobillərin arxa yan şüşəsinə pərdə və plyonkanın ilin müəyyən aylarında vurulması qadağası ləğv edilə bilər.

Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, millət vəkili Çingiz Qənizadə avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib.

Deputat deyir ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.

Qeyd edək ki, mayın 1-dən noyabrın 15-nə kimi tətbiqinə icazə verilən jalüzlər də şüşəni tündləşdirir. Hətta gecə saatlarında həmin şüşədən bayıra baxanda görünüşü məhdudlaşdırır. Əgər bu yol hərəkəti təhlükəsizliyinə zidd olsaydı və ya qəza riskini artırsaydı yayda daha çox qəza ola bilərdi.

Millət vəkili deyir ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb. Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində belə bir qadağa yoxdur. Çingiz Qənizadə məsələni parlamentdə gündəmə gətirəcəyini deyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar