Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda içməli su tükənə bilər – Alimdən xəbərdarlıq

Tarix: 04-03-2019 17:43     Baxış: 4213 A- / A+
 Azərbaycanda içməli su tükənə bilər – Alimdən xəbərdarlıq

Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir.

Bunu jurnalistlərə açıqlamasında Nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.

"İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəldi və nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azaldı.


Su problemlərinin kəskinləşməsi ona gətirib çıxardı ki, 1992-ci ildə Rio-de-Janeyroda keçirilmiş BMT-nin Ətraf Mühit və İnkişaf Konfransında həyəcan təbili çalındı.
Bundan sonra BMT Baş Assambleyasının qərarına əsasən 1993-cü ildən etibarən hər il martın 22-də Ümumdünya su günü qeyd olunmağa başladı. Bu günün keçirilməsində məqsəd su resurslarının qorunmasının təşviq olunmasıdır”, - deyə alim bildirib.

Rasim Səttarzadə vurğulayıb ki, ilk baxışda dünyada suyun çox olduğu anlamına gəlmək olar:

"Çünki Yer kürəsinin 70 %-i su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 %-i içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 %-i düşür.

Digər tərəfdən əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.

Biz gündəlik həyatımızda suya qənaət etməli, bunu davranış normamıza çevirməliyik, çünki XXI əsrin əsas problemlərindən biri məhz su problemi olacaq”.azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar