Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Dollar kreditləri üzündən böyük stres keçirənlər, hətta intihar edənlər də oldu..."

Tarix: 03-03-2019 22:15     Baxış: 3259 A- / A+
"Dollar kreditləri üzündən böyük stres keçirənlər, hətta intihar edənlər də oldu..."

Azərbaycan əhalisinin hələ kreditlər barədə, o qədər böyük təcrübəsi də yoxdur. Onlara bankda deyəndə ki, krediti dollarla veririk, fikirləşdilər ki, elə belə də olmalıdır...

Manevr.az
xəbr verir ki, bunu moderator.az-a sosioloq Əhməd Qəşəmoğlu kreditlərlə bağlı çıxarılan qərarlara münasibət bildirərkən deyib:
"Dollar kreditləri üzündən böyük stres keçirənlər, hətta intihar edənlər də oldu..."

"Son vaxtlar verilən qərarlar içərisində əhaliyə çox müsbət təsir edən bu kreditlərlə bağlı qərarlar oldu. Çünki insanlarımızın böyük qismi pis duruma düşmüşdülər. Əslində, insanlar özlərinin günahı olmadan bu işə düşmüşdülər. Bir var ki, insanlar bilərəkdən, öz fəaliyyətləri hesabına hansısa çətinliyə düşürlər, nəyisə səhv edirlər. Bu durumda isə bir çox insanın günahı olmamışdı. Onlar kredit götürmək üçün banka müraciət edib, onlara deyiblər ki, biz bu krediti dollarla ifadə edib verəcəyik. Kredit götürən insanların isə fikri orda olmur ki, bunu necə ödəyəcək, necə olacaq. Onlar düşünürdü ki, təki pul alsınlar. Bununla yanaşı, Azərbaycan əhalisinin hələ kreditlər barədə, o qədər böyük təcrübəsi də yoxdur. Onlara bankda deyəndə ki, krediti dollarla veririk, fikirləşdilər ki, elə belə də olmalıdır. Və bir qədər sonra da məlum oldu ki, bu kreditlər birdən-birə ikiqat qalxıb. Bunun da hesabına hədsiz dərəcədə ağır vəziyyətə düşənlər, böyük stres keçirənlər, hətta intihar edənlər də oldu. Ona görə bu insanlar arasında çox gərgin vəziyyət yaratmışdı. Bu məsələdə də hamı həm ədalət, həm də ki, maddi dəstək gözləyirdilər. Bu istiqamətdə atılan bu addım düşünürəm ki, elə hər tərəfdən, həm mənəvi, həm də maddi cəhətdən insanlara kömək olacaq. Ona görə də bu sahədəki tədbirləri, qərarları tamamilə müsbət hesab edirəm".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar