Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yenə də şəxsi məsələlər qabardılmağa başlandı..." - Fazil Mustafa

Tarix: 03-03-2019 09:57     Baxış: 3270 A- / A+
"Yenə də şəxsi məsələlər qabardılmağa başlandı..."

Ölkə prezidentinin ədəbiyyat, mədəniyyət xadimləri ilə görüşü çox anlamlı və səmimi idi. Qaldırılan məsələlərə prezidentin reaksiyası da dəqiq, istəkli və anlayışlı idi.
Manevr.az xəbər verir ki, bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, qaldırılan məsələlər onu göstərdi ki, Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri özlərindən başqa təmsil etdikləri sahənin problemlərini unudublar: "Təkcə Bəhram bəyin Hacı Zeynəlabdin Tağıyevlə bağlı qaldırdığı məsələ ictimai məzmun daşıyırdı. Necə oldu ki, ötən ay Milli Məclisdə qaldırdığım bir məsələ ədəbiyyatçıların yadına düşmədi? Kitablardan, çap məhsullarından, mətbəə avadanlıqlarından əlavə dəyər vergisinin götürülməsini niyə ən vacib məsələlərdən biri olaraq qaldırmadılar? Məgər kitabın, mütailənin taleyi barədə düşünmək istəmirlər? Uşaq teatrının acınacaqlı durumunu da dilə gətirən olmadı. Axı prezident imkan yaradıb ki, öz sahənizə aid aktual məsələləri qaldırın, yenə də şəxsi məsələlər qabardılmağa başlandı... Hər bir halda belə bir görüşlərin keçirilməsi olduqca vacibdir. Bu ölkədə ədəbi, mədəni mühitin canlanmasına təkan verə bilər".teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar