Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Həkimlər aylıq 150-170 min alırdı” - “Dərman mafiyası” işindən

Tarix: 02-03-2019 21:57     Baxış: 4987 A- / A+
“Həkimlər aylıq 150-170 min alırdı” - “Dərman mafiyası” işindən


Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin məhkəməsi keçirilib.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən Fərman Məmmədli ifadə verərək özünü təqsirli bilmədiyini deyib. O deyib ki, bütün işçilər rəsmi maaşdan əlavə paket alıblar: "Mərkəzi Gömrük Hospitalı komitənin Tibbi Xidmət İdarəsinin nəzdində idi. Hospitalda da xəstələrə verilən yeməyin çeşidinə qədər idarənin rəisi F.Qədiməliyev müəyyənləşdirirdi. İstərsə idarədə, istərsə də hospitalda süpürgəçidən tutmuş, idarə rəisinə qədər hamı rəsmi maaşdan əlavə, paket də alırdı. Həkimlər vardı ki, aylıq aldığı pul 150-170 minə çıxırdı. Plastik cərrrah 120-130 min alırdı".

Müavin F.Məmmədli bildirib ki, bütün işlərə rəisi F.Qədiməliyev nəzarət edib:
"İttihamda yazılıb ki, 15 milyonluq mənimsəmə olub. Orada Fikrət müəllimin icazəsi olmadan bir stol bu otaqdan başqa otağa keçirilə bilməzdi, qalmışdı pul mənimsəmək olsun. Orada sistem elə qurulmuşdu ki, kimsə gəlib desə ki, mən pul yemişəm, inanmaram, çünki mümkün deyildi. Fikrət müəllim hər şeyə nəzarət edirdi. Hospital maliyyə baxımından iki hissəyə bölünürdü, büdcədən maliyyələşən hissə və təsərrüfat hesablı hissə. Orada ikili mühasibatlıq vardı, gündəlik daxil olan bütün vəsaitlər, xəstələr sistemdə qeydiyyata alınırdı, ertəsi gün səhər Fikrət müəllim şəxsən müqayisə aparır, nə qədər rəsmiləşdirilməlidir, nə qədər yox - buna qərar verirdi. Həkimlərin işə qəbulu da razılaşma əsasında olurdu. Eləsi var, 50/50-yə, eləsi var, 40/60 faizlə işləyirdi. Şərtlər razılaşdırılıb yazılırdı, Fikrət müəllim imza atırdı, amma o sənədlər rəsmi sənədlər olmurdu. Elə həkimlər vardı ki, həm faiz alırdılar, həm də əlavə paket.

Həkimlər çox böyük pullar alırdılar, maaşda bir manatları səhv çıxan kimi, aləmi bir-birinə qatırdılar".

F.Məmmədli daha sonra özünün və general Qədiməliyevin aylıq qazancından danışıb:
"Rəsmi maaşım çox aşağı idi, paketin məbləği isə 5 min 500 manat idi. Fikrət müəllimin aylıq maaşı 28 min 300 manat idi və nəğd hissədən 20 faiz alırdı. Hospitalın girişindəki aptek, yeməkxana, bir də satış birbaşa ona baxırdı. Oradan gələn bütün pullar şəxsən ona təqdim olunurdu. Özü demişdi ki, "bu üçü bizim deyil". Kimindir, onu da bilmirəm. Pullar ona verilirdi, daha bilmirəm ki, o da kiməsə verirdi, yoxsa yox".

F.Məmmədli bu işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyevin cəlb olunmamasından narazılıq edib:


"Gömrük Hospitalı üçün xaricdən gətirilən dərmanlar gömrükdən qeyri-qanuni yollarla keçirilir, bəyannamələr dəyişdirilirdi. Məsələn, dərman gətirildiyi halda, sənəddə uşaq bezi yazılırdı. Respublikada nə iləsə bağlı müəyyən problemlər yaşananda gömrükdə də nəzarət gücləndirildi. Bizim malları da saxlamışdılar. Mən Fikrət müəllimə dedim. Bir gün Fikrət müəllimin köməkçisi zəng eləyib, məni onun otağına çağırdı. Gedəndə gördüm ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyev də ordadır. Sadiq Abdiyev dedi ki, "bundan sonra gələn malların üstünə "pamperslər" qoyun, altda öz mallarınız. Nəsə lazım olsa, köməkçim Araza yaxınlaşıb deyərsiz, yenə həll olunmasa, özümə deyərsiz. Dərmanlar gömrükdən qanunsuz keçirildiyi halda, bəs niyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyev məsuliyyətdən kənarda qalıb? İşçilərinə də ancaq səhlənkarlıq ittihamı verilib. Bizə isə qaçaqmalçılıq. Niyə?"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar