Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc şair "Space" telekanalının rəhbərinə səsləndi: "...Xəbəriniz varmı?"

Tarix: 01-03-2019 23:48     Baxış: 2467 A- / A+
Gənc şair "Space" telekanalının rəhbərinə səsləndi: "...Xəbəriniz varmı?"


Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil Rasimoğlu "Space" telekanalının rəhbəri Vaqif Mustafayevə səslənib. Şair son zamanlar adı çəkilən televiziyanın "El bizim, sirr bizim" verilişinin əməkdaşı Elçin Əlibəylinin efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib. Onun verilişə dəvət etdiyi qonaqlarla qeyri-etik ünsiyyət vasitəsi seçdiyini və telekanal rəhbərliyinin bununla bağlı ölçü götürmələrini hesab edib.
Emil Rasimoğlunun Vaqif Mustafayevə ünvanlanan çağırışını sizlərə təqdim edirik:

...Sözüm "Space" TV-nin rəhbəri Vaqif Mustafayevədir. Vaqif müəllim, siz rəhbəri olduğunuz telekanaldakı verlişləri izləyirsinizmi? Və bir az da dəqiq desəm məlum kanalda yayımlanan "El bizim, sirr bizim" verlişində verlişin aparıcısı olaraq telejurnalist Elçin Əlibəylinin efirdən qeyri-etik ifadələrlə çıxışlarından xəbərdarsınızmı?

Əgər həmin verlişin efirə gedən bütün saylarına ardıcıl olaraq nəzər salsanız bunun şahidi olarsınız. Şahidi olarsınız ki, Elçin Əlibəyli dəvət etdiyi qonağı hansı dərəcədə aşağılayır.Hansı səviyyədə müzakirələrin açılmasına yol verir.
Hələ jurnalist mövqeyinə əməl etmək bir yana, şəxsiyyəti alçaldıcı ifadələrlə xalqın qarşısında çıxış etmək, bəsit müzakirələr açmaq hansı efir mədəniyyətinə, jurnalist, ziyalı baxışına xasdır? Yəni bu qədərmi dərəbəylikdir? Bu qədərmi nəzarətsizlikdir? Bəs, siz hara baxırsınız, sayğılı Vaqif müəllim? Bununla xalqa nə vermək olar ?
Axı olmaz. Olmaz, əfəndim, olmaz..!

Sözümün sonunda deyəcəyim budur ki, inanıram, inanıram ki, Azərbaycan xalqının ziyalısı kimi, telekanal rəhbərliyi olaraq öz ölçünüzü götürəcəksiniz.Və bir qələm adam olaraq bunu mütləq hesab edirəm...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar