Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kreditə görə məhkəməyə verilənlərə ŞAD XƏBƏR: işlər geri çəkilir - VİDEO

Tarix: 01-03-2019 21:24     Baxış: 4246 A- / A+
Kreditə görə məhkəməyə verilənlərə ŞAD XƏBƏR: işlər geri çəkilir - VİDEO

''Problemli kreditlərin həlli ilə bağlı imzlanan fərman Azərbaycanda məhkəmələrdən 311 min işin geri qayıtmasına səbəb olacaq''.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Ziyad Səmədzadə bildirib. Millət vəkili bu fərmanla dövlətin bütün yükü üzərin götürdüyünü bildirib və banklarıdaha ədalətli və məsuliyyətli olmağa çağırıb.

''Problemli kreditlərin həlli ilə bağlı sənədin maliyyə tutumu 1,6 milyard manatdır ki, bu da Azərbaycanın 90 cı illərin əvvəlindəki büdcəsindən çoxdur''. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Millət vəkilinin sözlərinə görə bu sənədlə vətəndaşların banklardan və məhkəmələrdən aslılığı aradan qalxacaq.

Millət vəkili bildirib ki, verilən kreditlərin 92 %-lik hissəsi 10 min dollardan aşağıdır. Bu sənədlə vətəndaşların kreditə görə banklara olan 700 milyon manatlıq borcu dövlət tərəfindən ödəniləcək və üstəlik banklara çox kiçik faizlə böyük həcmdə kredit veriləcək. Yəni banklar da məsuliyyətli və ədalətli olmalıdır.

Ziyad Səmədzadə onu da bildirib ki, hazırda dünyanın heç bir dövlətində problemli kreditlərə görə belə əhatəli sənəd imzalanmayıb və bu sosial əhəmiyyətli addım Azərbaycanın sosial yönümlü siyasət yeritdiyinin bariz nümunəsidir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar