Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bazarlarda soğan 3 dəfə bahalaşıb

Tarix: 18-02-2019 10:26     Baxış: 4186 A- / A+
Bazarlarda soğan 3 dəfə bahalaşıb

Türkiyədəki qıtlıq ən əvvəl Azərbaycana təsir edib; iqtisadçı: “Bahalaşmanın səbəbləri arasında əkin sahələrinin azalması da ola bilər…”

Ötən 3 ildən fərqli olaraq, bu il bazarlarda soğanın qiyməti öncə 50 qəpiyə, sonra isə 80 qəpiyə qalxdı. Hazırda soğanın kiloqramı 0.8-1 manat arasındadır. Hər il istehsalın çox olması səbəbindən sudan ucuz satılan soğanın qiyməti bu il “ceyran beli”nə qalxdı.

Qiymət artımının hələ davam edəcəyi gözlənilir. Səbəblər arasında son zamanlar Türkiyədə yaşanan soğan böhranı da var. Qardaş ölkədə bu məhsulun qiymətinin 7-8 lirəyə yüksəlməsindən sonra ilk təklif azərbaycanlı fermerlərdən gəldi və hazırda Türkiyə iş adamları birbaşa Ağdamdan soğan ixracı ilə öz ölkələrində qiymətləri sabit saxlamağa çalışırlar. Nəticədə həm mövsümi səbəbdən məhsulun azalması həm də Türkiyə bazarından tələbatın artması soğanın qiymətinin yüksəlməsinə gətirib çıxardı.



Musavat.com-un müxbiri bazardakı son durumu öyrənmək üçün “8-ci kilometr” bazarına baş çəkib.

Satıcılar bildiriblər ki, bahalaşmadan sonra soğana tələbat azalıb, alıcılar artıq əvvəlkindən daha az istehlak etməyə başlayıblar. Çünki hazırda soğanın 1 kiloqramı 80 qəpik-1 manat arasındadır ki, bu da kartofun bir çox növlərindən baha başa gəlir. Topdansatışda isə satıcılar soğanın kiloqramını 55-60 qəpiyə aldıqlarını bildirdilər. Topdansatışda qiymət zaman-zaman dəyişsə də, pərakəndə satış qiyməti 80 qəpikdən ucuz deyil.

Satıcların sözlərinə görə, hazırda bazarda olan soğan əsasən Ağdam soğanıdır: “Əvvəl bu soğanın 30-35 kiloqramlıq kisəsini 5-6 manata alırdıq. İndi isə 16-17 manata qalxıb. Bir neçə gün öncə isə 20 manata qalxdı. Topdansatışda kiloqramı 60 qəpiyə satılır, bəzən 50 qəpiyə düşür, pərakəndə satışı isə 80 qəpiyədir. Bahalaşmanın səbəbi isə Azərbaycan soğanının Türkiyə bazarına daşınmasıdır. Türkiyədən TIR-lar birbaşa Ağdama gedir, anbarlardan yerindəcə tonlarla soğanı yükləyib aparırlar. Bu səbəbdən daxili bazarda məhsul azalıb”.
Bazarlarda soğan 3 dəfə bahalaşıb


İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, bahalaşmanın səbəbləri arasında əkin sahələrinin azalması faktı da ola bilər: “Çünki ötən il texniki bitkilər prioritet elan olunmuşdu. Bundan başqa bahalaşama ixracın artması ilə bağlı ola bilər. Həm Rusiya, həm də Türkiyə istiqamətində ixracın artması ilə bağlı məlumatlar var. Türkiyə bazarında soğanla bağlı problem yaranmışdı, bir neçə həftə öncə orada soğanın kiloqramı bizim pulla 3-4 manata qalxmışdı. Bu, yerətincə cəlbedici qiymət olduğundan, yerli fermerlər ixrac istiqamətini dəyişərək Türkiyə bazarına yönəliblər. Rusiya həmişə Azərbaycan kənd təsərrüfatı məhsullarının ən çox satıldığı ölkə olub, ola bilsin ki, bu istiqamətdə də artım var”.

İqtisadçı vurğuladı ki, bu tələbat növbəti əkində də nəzərə alınmalıdır: “Əgər əkin sahələri ilə bağlı problem varsa, Kənd Təsərrüfatı Nazirliyi müəyyən təşviq proqramları həyata keçirməklə daha çox soğan əkilməsinə nail ola bilər. Dövlət birbaşa müdaxilədən daha çox təşviqedici, stimullaşdırıcı addımlarla bu sahəni tənzimləsə daha effektli olar. İxracın artırılması imkanı varsa, bu müsbət bir amildir, ölkəyə daha çox valyuta daxil olmasına imkan yarada bilər. Bu səbəbdən istehsalı artırmaq lazımdır. Sərhədləri bağlayaraq daxili bazarda qiymətləri qorumaq əlverişli addım deyil”.

Ekspert onu da qeyd etdi ki, Türkiyə bazarının Azərbaycan məhsuluna olan tələbatı azala da bilər: “Türkiyənin tələbatı daimi deyil, təxminən 2-3 aya orada yeni məhsul çıxacaq və Azərbaycan məhsulun ehtiyac qalmayacaq. Türkiyədə hava şəraiti , xüsusən də cənub bölgələrində Azərbaycandan daha əlverişlidir. Artıq müəyyən addımlar atılıb, soğan 8 lirədən 4-5 lirəyə enib. Bir neçə aydan sonra Türkiyəyə soğan ixrac etmək o qədər də sərfəli olmayacaq. Həmçinin Azərbaycanda da yeni məhsulun çıxması bazarda qiymətlərin tənzimlənməsinə səbəb ola bilər”.

Qeyd edək ki, son məlumata görə, ölkədə illik 230 min ton soğan istehsal olunub. Əkin sahələrinə gəlincə, 123 min hektarda soğan əkilir, məhsuldarlıq isə hər hektara 16 sentner təşkil edir. Ölkənin illik soğan tələbatı isə 160 min tondur. İxrac rəqəmlərinə görə, 2017-ci ildə ölkədən 56 min ton soğan ixrac olunmuşdusa, 2018-ci ildə 40 min ton ixrac olunub. Çox güman ki, problemlərdən biri də məhsulun saxlanma yerlərinin az olmasıdır. Nəticədə istehsal edilən soğanın bir hissəsi xarab olur və bu da bahalaşmaya yol açır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar